Modern.az

Beynəlxqalq Gənclər İttifaqı Sabunçuda yeni layihəyə imza atdı

Beynəlxqalq Gənclər İttifaqı Sabunçuda yeni layihəyə imza atdı

22 İyun 2019, 16:53

Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Sabunçu Gənclər Evində  “Beynəlxalq arenada Mən” adlı layihəsi keçirilib.

 

Tədbirin əsas məqsədi yerli gənclərin beynəlxalq arenaya çıxışını və inteqrasiyasını təmin etmək, eləcə də beynəlxalq tədbirlər və bu tədbirlərdə etiket qaydaları haqqında məlumatlandırmaq. Layihənin hədəf qrupu 14-29 yaş arası gənclərdən ibarət olub.

 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Layihələr üzrə katibi Zərifə Qəhrəmanlı təlim zamanı gənclərə ittifaqın uğurlu strategiyası, əldə etdiyi mükafatlar, həyata keçirdiyi beynəlxalq və yerli layihələr haqqında detallı məlumatlar verib. Təlimin irəliləyən saatlarında seminarı məşhur təlimçi Orxan Şahbaz davam edib.

Layihə çərçivəsində gənclər komandada işləmək bacarığının inkişaf etdirilməsi, beynəlxalq tədbirlərdə iştirak üçün praktik təcrübələr, dünya görüşünün artırılması, sual-cavab sessiyalarında iştirak etmək bacarığının artırılması kimi bilik və bacarıqlara yiyələnib.

 

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci ildə təsis olunub. İpək Yolu üzərində fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını təmsil edən və qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatın əsas məqsədi və fəaliyyət dairəsi, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istidafə etməklə vahid platforma yaratmaqdır. İttifaqa hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi