Modern.az

Bayram çadırı üçdu: 14 ölü, 50 yaralı

Bayram çadırı üçdu: 14 ölü, 50 yaralı

23 İyun 2019, 23:47

Hindistanda dini bayram mərasimi çadırı uçub.

Modern.az xarici mediaya istinadən  xəbər verir ki, hadisə Racastan ştatında qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.

Qeyd edilir ki, çadır güclü leysana və küləyə tab gətirməyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi