Arxiv
25 İyun 2019, 22:09 | QARABAĞ
Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...”

"Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 24 iyun 2019-cu il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirib, "bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququ"ndan danışaraq, bunları "Dağlıq Qarabağ əhalisi"nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb. Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya "Dağlıq Qarabağ"a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən "təcavüz" və oradakı "əhalinin həyatı üçün təhlükə"dən bəhs edib".

Modern.az xəbər verir ki, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxışını şərh edərkən deyib.



Bildiririk ki, BMT-nin İnsan Hüquqları Şurası kimi mötəbər qurumda çıxış etmək imkanı əldə edən Mnatsakanyan rasional və məntiqli düşünmək qabiliyyətindən məhrum olaraq, məhz elə tribunasından istifadə etdiyi təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri unudub. Bununla bağlı, Mnatsakanyanın pozulmuş yaddaşını təzələyərək ona xatırladırıq ki, BMT TŞ-nin aidiyyəti sənədlərində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri" ifadəsi öz əksini tapıb. Məlum məsələdir ki, Dağlıq Qarabağın əhalisi deyərkən orada yaşayan ermənilər və azərbaycanlılar, yəni iki icmanın nümayəndələri nəzərdən keçirilməlidir. Bölgənin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların fundamental hüquqlarını kobudcasına pozan Ermənistan tərəfi anlamalıdır ki, azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan və onların pozulmuş hüquqları bərpa olunmadan  Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır.


Yaxşı olardı ki, növbəti çıxışları zamanı Mnatsakanyan peşakarlıq naminə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbycan münaqişəsi ilə bağlı sənədlərini öyrəndikdən sonra məsələyə münasibət bildirsin.



Beynəlxalq humanitar hüquqla bağlı insan hüquqlarına dair Ermənistanın istinad etdiyi sənədlərə gəldikdə isə, bəyan edirik ki, universal insan hüquqları dövlətlərin konstitusion və hüquqi çərçivələrinə zidd olmayan şərtlər daxilində həyata keçirilə bilər. Məhz bu baxımdan, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı" 2015-ci il qərarından irəli gələrək, münaqişənin beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası əleyhinə tənzimlənməsinin mümkün olmadığı bir daha qeyd olunmalıdır.



Bildiririk ki, Ermənistan rəsmi şəxsləri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və Dağlıq Qarabağ bölgəsinin erməni icmasını əsarət altında girov kimi saxlayan separatçıların cəfəng bəyanatları münaqişənin tənzimlənməsinə xidmət etmir. Ədalətli və daimi sülhün bərqərar olması yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə mövcudluğu ilə mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdəki partiyalar seçkiyə HAZIRLAŞIR 23 İyul 2019, 09:06 Müsəlmanlar öləndə niyə kəfənə bükülür? 23 İyul 2019, 08:55 Agentlik havaya görə sürücülərə və sərnişinlərə xəbərdarlıq etdi 23 İyul 2019, 08:50 “Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları 23 İyul 2019, 08:49 Manat və dollar bu gün neçəyə satılır? 23 İyul 2019, 08:47 23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27