Modern.az

Lari ucuzlaşır – Azərbaycandan Gürcüstana turist axını güclənəcək?

Lari ucuzlaşır – Azərbaycandan Gürcüstana turist axını güclənəcək?

İqtisadiyyat

28 İyun 2019, 10:21

İyunun 25-də Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,79 lari səviyyəsində müəyyən edib ki, bu da Gürcüstanın milli valyutası tarixində ən aşağı göstəricidir.

Larinin belə ucuzlaşması Azərbaycandan Gürcüstana səyahət edən turistlər üçün də büdcə baxımından əlverişli vəziyyət yaradır.

 

Dövlət Turizm Agentliyinin  mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Modern.az-a deyib ki, Gürcüstandakı mövcud vəziyyət azərbaycanlı turistləri ora cəlb etmək üçün səbəb deyil.

 

“Düşünmürəm ki, larinin 2 faiz ucuzlaşması Azərbaycandan Gürcüstana kütləvi turist axınını təmin etsin. Hələlik bu müzakirə mövzusu ola bilməz”.

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirirb ki, larinin ucuzlaşması Azərbaycandan Gürcüstana turist axınını təmin edə bilər.

“Normalda da yay mövsümü ilə əlaqədar vətəndaşlarımızın  ən çox üz tutduğu ölkələr sırasında Gürcüstan ilk pillələrdə dayanır. İyun ayından başlayaraq  büdcə təyyarələri də uçuşa başlayıb. Keçən il Gürcüstana 1milyon 700 mindən çox rusiyalı turist səyahət etmişdi. Ehtimal var ki, turist cəlb etmək üçün ölkədə otellərin qiyməti də  yay mövsümündə aşağı düşəcək”. 

 

O, Rusiyadan Gürcüstana  uçuşlar üçün aviaşirkətlərə qoyulan qadağadan sonra turistlərin Azərbaycana cəlb edilməsindən də  danışıb.

 

M.Ağakərimov bildirib ki,  turist axınını Azərbaycana cəlb etmək üçün bizdə lazımı tədbirlər görülmür.

 

“Çox təəssüf  ki,  xüsusən yaranmış belə vəziyyətlərlə bağlı qabaqlayıcı tədbirlər görülmür. Aparıcı turizm qurumlarında  proqnazlaşdırma və planlaşdırma işləri aparılmır ki, Rusiyada mövcud qadağadan sonra Azərbaycana rusiyalı turistər cəlb edilsin. Fikrimcə, rusiyalı 1 milyon 700 min turistdən ən azı 700 min nəfərini ölkəyə cəlb etmək olar. Yadınızdadırsa, Türkiyədə də ölkədaxili vəziyyət gərgin olduqda rusiyalı turistlər ora getməkdən imtina etdilər. Hələ o vaxt da xüsusi tədbirlər görülmədi ki, turistləri Azərbaycana cəlb etsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır