Modern.az

“Yanğın zamanı heç bir məlumat sənədinə zərər dəyməyib” - UNEC-dən açıqlama

“Yanğın zamanı heç bir məlumat sənədinə zərər dəyməyib” - UNEC-dən açıqlama

Aktual

3 İyul 2019, 14:25

Bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın baş verib.

 

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, yanğın UNEC-in əsas tədris binasının birinci mərtəbəsində baş verib.

 

“İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub. Yanğın 36 kv metr sahəni əhatə edib, qısa zamanda da söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Universitetdən bildirilib ki, UNEC-də ölkədə ilk dəfə olaraq Elektron Universitet Modeli tətbiq edilir və bütün məlumatlar elektronlaşdırılır. Tədris prosesindən tutmuş, imtahan sessiyasının gedişinə, hətta tələbələrin dərsə davamiyyətinə, mühazirə materiallarına kimi bütün məlumatlar elektron bazada saxlanılır.  Ona görə də hər hansı bir məlumatın itməsi ilə bağlı narahatlığa heç bir səbəb yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır