Modern.az

Süpürgəçiləri ölümdən necə qurtarmalı… - Dəhşətli VİDEO

Süpürgəçiləri ölümdən necə qurtarmalı… - Dəhşətli VİDEO

4 İyul 2019, 15:16

Son vaxtlar yol nəqliyyat hadisələrinin sayı artıb. Bakı Nəqliyyat Agentliyi hər gün, xüsusilə Ziya Bünyadov və Heydər Əliyev prospektlərində baş verən qəzalarla bağlı məlumat yayır. Nəqliyyat hadisələrinin qurbanları arasında küçələri süpürən qadınlar da az deyil. Bu məqamda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) hələ ötən il küçələrdə təmizlik işləri zamanı baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün aldığı 32 ədəd texnika yada düşür. Hanısı ki, onlardan 20 ədədi magistral yolları, 12 ədədi qəsəbə yollarını süpürmək üçün nəzərdə tutulmuşdu.

Yol qəzalarında süpürgəçi qadınların ölümünü minimuma endirmək üçün magistral küçə və prospektlərdə yalnız həmin texnikalardan istifadə mümkündümü?

 

“Texnikalar səhərlər təmizlik aparır”

Modern.az-ın bu qəbildən olan suallarını AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli cavablandırıb.


AAYDA rəsmisi deyib ki, hazırda küçə və prospektlərin təmizlənməsində həmin texnikalardan istifadə olunur:

“Texnikalarla təmizlik bütün böyük prospektlərdə və şəhərətrafı magistral yollarda hər səhər saat 04:00-da həyata keçirilir. Zərurət yarandığı halda gündüz saatlarında da onlardan istifadə edilir. Biz Agentlik olaraq şəhərdaxili və şəhərətrafı yollarda, o cümlədən prospektlərdəki yolların hərəkət hissəsinə cavabdehik. Yolun hərəkət hissəsi isə xüsusi texnikalar vasitəsilə təmizlənir. Amma buna baxmayaraq, əl əməyindən də istifadə olunur. Əl əməyindən texnikanın işləyə bilmədiyi yerlərdə-körpülərin üstündə, tunellərdə istifadə olunur”.

 

“Ölən süpürgəçi qadın bizim işçimiz deyil”

A.Nəcəfli qeyd edib ki, qabaqlayıcı təhlükəsizlik tədbirləri kimi ərazidə xüsusi nişanlar qoyulur:

“Şəhər yollarının kənarlarında xüsusi mühafizə zolaqları yoxdur. Amma magistral yollarda xüsusi mühafizə zolaqları var və həmin zolaqların da təmizliyi Agentliyin əməkdaşları tərəfindən həyata keçirilir. Mühafizə zolaqları yoldan kənar olduğu üçün orada əl əməyindən istifadə edilir.

Mövcud qanunvericiliyə uyğun olaraq, mühafizə zolaqları olmayan yolların  kənar hissələri yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən təmizlənir. Avtomobilin vurduğu qadın da bizim işçimiz olmayıb. Ola bilsin ki, ya bələdiyyənin, ya da İcra Hakimiyyətinin işçisi olub”.

 

“Əl əməyindən istifadə etməyin deyirlər, amma əl əməyi üçün şərait yaradırlar”

A.Nəcəfli küçələrin təmizliyilə bağlı vacib məqama da diqqət çəkib:

“Sürücülər, avtomobildə olan sərnişinlər maksimum dərəcədə yolları zibilləməməyə çalışsınlar. Magistral yollar var ki, bizim əməkdaşlarımız hər gün oradan qalaq-qalaq zibil yığırlar. Ən çox da enegetik içkiləri içib, qabını küçəyə atırlar. Həm orqanizmə ziyan vururlar, həm də küçə təmizliyinə. Bizim əməkdaşlarımız hətta günün isti saatlarında belə küçələri təmizləməyə məcbur olur. Çünki ərazidən turistlər, xarici vətəndaşlar gedib-gəlir. Bu, ölkəmizin tanıdılması baxımından da mənfi haldır. Xüsusilə rayon yollarında vəziyyət çox biabırçı haldadır. Nəinki su şüşələrini, hətta torba dolu zibil də avtomobildən yola atırlar. İçki qabları, pamperslər, salfetləri şəhər yollarına atırlar. Onlar da bəzən körpünün texnika daxil ola bilməyən hissəsinə düşəndə məcbur olub əl əməyindən istifadə edirik. Bir tərəfdən insanlar əl əməyindən istifadəni qınayırlar, digər tərəfdən də əl əməyindən istifadə üçün şərait yaradırlar. Yaxşı olar ki, hansısa zibil olanda, onu avtomobildə saxlayıb daha sonra uyğun bir yerdə atsınlar. Nə qədər təhlükəsizlik tədbirləri görülsə də, nişanlar qoyulsa da,  bədbəxt hadisələrdən sığortalanmamışıq. Hətta bəzən sürücülərimiz avtomobili 60 km/saat sürəti nəzərdə tutulmuş yolda 100km/saatla idarə edirlər. Bu baxımdan da əhalinin və sürücülərin maarifləndirilməsi oldu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir