Arxiv
4 İyul 2019, 16:26 | DÜNYA
Dünyada arvadları tərəfindən döyülən, öldürülən kişilər – Dəhşətli STATİSTİKA

Çoxsaylı araşdırmalar ailədaxili zorakılğın daha çox içki düşkünü, yaxud narkoman ailələrində rast gəlindiyini göstərsə də, ümumilikdə, cəmiyyətin ali zümrələrində də bu kimi xoşagəlməz hallar müşahidə olunur. 

 

Modern.az xəbər verir ki, BMT-nin son illər apardığı araşdırmalar ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayının artdığını göstərir.

Belə ki, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır.

 

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda, qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyini bildirilir. 

 

Sosioloqlar uzun illər yalnız qadınlara qarşı törədilən ailədaxili zorakılığı araşdırdıqlarına görə, şiddətə məruz qalan kişilər barədə dolğun məlumatlar olmayıb. Son illər bu sahədə boşluğu doldurmaq üçün aparılan araşdırmalara daha çox ABŞ və Qərbi Avropa ölkələrində rast gəlinir.

 

Bununla belə, həmin araşdrımalar da təəccüblü nəticələr nümayiş etdirir. Belə ki, Qərbdə əri tərəfindən şiddətə məruz qalan qadınların 80%-i ən azı 1 dəfə cavab zorakılığına əl atıb.

 

Maraqlıdır ki, 70-ci illərdən başlayaraq ABŞ-da tədqiqatçılar “döyülən kişi sindronu” ifadəsindən istifadə edirlər. Ailə psixoloqu Martin Steynments evli qadınlara nisbətən qeyri-rəsmi nikahda yaşayan qadınların öz partnyorlarını daha sıx öldürdüyünü müəyyən edib. Qadınların zorakılığında əsas motivasiya – emosional yorğunluq, qəzəb, depressiya və qısqanclıq çıxış edir. Zəif cins nümayəndələri cinayəti emosional halda törətdikləri üçün onun nəticələri bəzən çox ağır olur.

 

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Yaxın onilliklərdə bu nisbətin bərabərləşəcəyi gözlənilir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38% qadın və 24% kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Psixoloji basqıya gəlincə, 68% qadın və 53% kişi ailədaxili mübahisələrdə bu metoddan istifadə etdiyini bildirib.

 

Azərbaycana gəlincə, ailədaxili mübahisələr zamanı əsasən qadınlar fiziki şiddət qurbanı olsa da, kişilərin də öz xanımları tərəfindən öldürülməsi və döyülməsi halları zaman-zaman mətbuatda işıqlanıb. Amma Azərbaycanda şiddətə məruz qalan kişilərlə bağlı əsaslı statistika və əsaslı tədqiqat aparılmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47 İsmayıllıda piyada vuruldu 18 Yanvar 2020, 09:41
SORĞU Yeni parlamentdə kimlər olsun?