Modern.az

Nagdsız ödənişlərin həcmi artıb

Nagdsız ödənişlərin həcmi artıb

İqtisadiyyat

5 İyul 2019, 20:57

Mərkəzi Bankın statistikasına əsasən, 2019-cu ilin may ayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat olub.

Modern.az  Trend-ə  istinadən xəbər verir ki,  bu məbləğin 247 milyon manatı elektron ticarətin payına düşür, qalan 100 milyon manat ödəniş POS-terminallar, 16 milyon manat isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

2019-cu ilin mayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayında da artım qeydə alınıb. Hesabata əsasən, bu il iyunun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 961 milyon manat olub.

Qeyd edək ki, may ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 6 milyon 968 min ədəd olub. Bunun tərkibinə daxil olan əməkhaqqı, kredit, sosial və digər kartların sayında aprel ayına nisbətən artım qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü