Arxiv
7 İyul 2019, 07:49 | DÜNYA
Amişlər - Dünyanı heyrətləndirən toplum

Amerikada yaşayan amişlər adət-ənənələri və həyat tərzləri ilə adamı heyrətə gətirirlər. Qeyri-adi geyimləri onları amerikalılardan çox fərqləndirir. Modernizmi və texnologiyanı rədd edən bu insanlar televizordan, telefondan, kompüterdən, avtomobildən istifadə etmirlər. Bu topluma "amiş" adının verilməsi Cakob Amman adlı bir insanla bağlıdır. Cakob Amman amişlərin lideri olub. Amişlərin inancı xristian dini olmaqla protestanlıq məzhəbinə daha yaxındır və bu məzhəbin anavaptist qoluna mənsubdurlar. Anavaptistlər dövlətə və kilsəyə bağlılığı rədd edərək ayrıca bir toplum kimi yaşayırlar…


1700-cü illərdə İsveçdən Amerikaya gələn ilk amişlər ABŞ-in indiki Pensilvaniya ştatında məskən salıblar. Daha sonra buradan bütün ABŞ-a səpələniblər. Onlar burada dini düşüncələrindən irəli gələn «sadə həyat« anlayışı ilə yaşayırlar.


Bu gün ABŞ-da amişlərin sayı 150-200 min arasındadır və əksəriyyəti Ohayo, Pensilvaniya, İndiana, o cümlədən Ayova ştatlarında yaşayırlar…

Amişlərin böyük bir hissəsi əkinçiliklə məşğul olsa da, aralarında dülgər, faytonçu və arıçılıqla da məşğul olanları az deyil. Məişətlərində isə neft lampası və XIX əsrdə işlədilən alətlərindən istifadə edirlər. Qadınları da əsasən ailənin ehtiyacı olan geyimləri ərsəyə gətirirlər, daha doğrusu əlləri ilə tikirlər. Qəribədir, bu insanlar inanclarına zidd olduğuna görə, heç vaxt könüllü foto çəkdirmirlər. Hərçənd ki, kimsə şəkillərini çəkəndə etiraz da etmirlər…


XXI əsr olmasına baxmayaraq, amişlərin uşaqları 8-ci sinifə qədər məktəbə gedirlər, bundan sonra onlar ənənəvi sənətlərə- əkinçilik, maldarlıq, dülgərliyə yiyələnməyə üstünlük verirlər və bu yöndə peşə təhsili alırlar. Hərçənd ki, 1972-ci ilə qədər ABŞ-da amişlərin təhsili natamam qoyması qadağan olubub, amma elə həmin ildə ABŞ-ın konstitusiya məhkəməsi icbari təhsilin insan haqqlarına zidd olduğuna dair qanun qəbul edib və amişlərə bu məsələdə artıq heç kim mane ola bilmir. XVIII əsrin qaydaları ilə yaşamaqlarına baxmayaraq amişlərin uzunömurlülük göstəricisi kişilər üçün 75, qadınlar üçün isə 80 yaşdır.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46 Qaz stansiyasındakı partlayışda 12 nəfər öldü 20 İyul 2019, 23:31 İstanbulda yaxta belə alovlandı - VİDEO 20 İyul 2019, 23:14 Tovuzda dönərdən zəhərlənmə 20 İyul 2019, 22:55 18 “Taliban”  döyüşçüsü öldürüldü 20 İyul 2019, 22:37 551 şahmatçının yarışı yekunlaşır 20 İyul 2019, 22:21 6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 2 273 namizəd məktəb direktorluğuna iddialıdır 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28