Arxiv
8 İyul 2019, 16:52 | MEDİA
Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

Sosial şəbəkələr, internet, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əlaqə yaratmaqdan tutmuş, yeni informasiya əldə etməyə qədər sosial şəbəkə köməyimizə gəlir. Bəzən saatlarla, hətta günün yarısını virtual əlaqə yaratmaq üçün Facebook, Whatsapp, İnstagram-da aktiv oluruq.

 

Maraqlıdır, demək olar ki, bizi özündən aslı hala gətirən sosial şəbəkə anlayışı olmazsa, daha doğrusu sosial şəbəkələr həmişəlik çökərsə hansı vəziyyətə düşərik? Bunun insanlara mənfi təsiri olar, yoxsa heç nə olmamış kimi gündəlik həyatımıza davam edərdik?

 

Bu mövzuda Modern.az-a danışan psixoloq Gülər Məmmədova suala belə aydınlıq gətirib:

“Elə bir zamanda yaşayırıq ki, insanlar öz hiss və emosiyalarını yalnız sosial şəbəkə, internet üzərindən biruzə verə bilirlər. Bu da insanlarda duyğusal, emosional aslılıq yaradır. Sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib. Orqanik dedikdə yəni vəziyyətin belə olması insan psixologiyasına oturuşub. Sevgi, iş, dostluq münasibətləri, valideyn-övlad münasibətləri sırf sosial şəbəkə, telefon üzərindən həyata keçirilir. Belə olduğu üçün də insanlar asılı olduğu mexanizmin çökməsini gördükdə həyəcan keçirir. Biri var narkotik, spirtli içkilərdən aslılıq, biri də var bu cür aslılıq. Virtual ünsiyyətdə yaranan hər hansı mənfi hal psixoloji aspektdən insanların həyatına birmənalı olaraq təsir edir”. 

 

Psixoloq deyir ki, sosial şəbəkələr birdən ləğv olunsa, insanlar güclü stress keçirə bilər.

“Təbii ki, uzun müddət vərdiş etdikləri  bir anlayış olmazsa, bu, insanlara ciddi şəkildə təsir edəcək. Mövcud duruma öyrəşmək çətin olsa da, zamanla onlar bu hala adaptasiya olacaqlar. Alternativ hal düşünüb, vəziyyətdən çıxmağa çalışacaqlar. Çünki indi insanlar rahatlığa, hər şeyi asanlıqla əldə etməyə alışıb”.

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, sosial şəbəkələrin çökməsi təkcə insanlara yox, bütün cəmiyyətə mənfi təsir göstərərdi.

 

“İndi təkcə adi, fiziki şəxslər sosial şəbəkə istifadəçisi deyil. İnkişaf o səviyyədədir ki, dövlət, özəl, vətəndaş cəmiyyəti, biznes, xidmət - bir sözlə hər şey bura inteqrasiya edib. İndi birdən sosial şəbəkələr yoxa çıxsa, onun üzərindən xidmət, biznes mümkün olmayacaq. Bu aspektdən yanaşmaq daha doğrudur. Sonda vətəndaşlar arasında hansısa bir informasiya münasibətlərində problem ola bilər. Lakin gündəlik birgə yaşayış qaydalarımız, həyati proseslər var. Burada da tibb, təhsil, maliyyə və s. var. Düşünürəm ki, biz sosial şəbəkələrin qayğısına qalmalıyıq, dövlət onu inkişaf etdirməlidir. Sosial şəbəkənin faydalı tərəflərindən istifadə etməliyik. Çünki sosial şəbəkə artıq bizim virtual həyatımız yox, gündəlik həyatımıza çevrilib. Həyat dediyimiz yeri də səliqəyə salmalı, qədrini bilməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryan: “Paşinyan mənimlə azərbaycanlıların edə bilmədiyini etdi” 29 Yanvar 2020, 14:51 Zəlzələyə görə məktəblilərin qış tətilinin vaxtı uzadıldı 29 Yanvar 2020, 14:45 Azərbaycanda müavinət və təqaüd alanların sayı açıqlandı - RƏSMİ 29 Yanvar 2020, 14:40 Tural Gəncəliyev ABŞ səfiri ilə görüşüb 29 Yanvar 2020, 14:34 “Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötdü - FOTO 29 Yanvar 2020, 14:28 Məşhur Məmmədovun seçiciləri ilə izdihamlı görüşləri - Fotolar 29 Yanvar 2020, 14:22 Nazirlərin Cenevrə görüşü başladı 29 Yanvar 2020, 14:16 Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı 29 Yanvar 2020, 14:10 Seçki məntəqələrində panduslar quraşdırılacaq 29 Yanvar 2020, 14:04 Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO 29 Yanvar 2020, 13:58 Deputatlığa namizəd Elmar Musayevin uğur sirri - Seçicilər onu necə alqışlayır? - VİDEO 29 Yanvar 2020, 13:51 Makiyajlı, diqqət çəkici hicablı QADINLAR - “Seçim özlərinindir” 29 Yanvar 2020, 13:46 Tramp yəhudiləri ərəblərlə barışdıra biləcək? – “Əsrin razılaşması”nın DETALLARI 29 Yanvar 2020, 13:40 Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar 29 Yanvar 2020, 13:35 Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı 29 Yanvar 2020, 13:30 Naxçıvan seçicilərindən Eldar İbrahimova böyük dəstək - FOTOLAR 29 Yanvar 2020, 13:25 Qış vaxtı, yaz havası - 16 DƏRƏCƏ İSTİ  29 Yanvar 2020, 13:20 Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI 29 Yanvar 2020, 13:13 Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrıldı - Bu xəstəxanalarda 29 Yanvar 2020, 13:07 Abituriyentlərin nəzərinə - Builki qəbul imtahanlarında ballar belə hesablanacaq 29 Yanvar 2020, 13:01 Doktorantlar Prezidentə müraciət etdi 29 Yanvar 2020, 12:56 Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR 29 Yanvar 2020, 12:50 Səhiyyə Nazirliyindən dəhşətli virusla bağlı əhaliyə MÜRACİƏT 29 Yanvar 2020, 12:45 “Virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər” - Baş pediatrdan MÜRACİƏT 29 Yanvar 2020, 12:39 Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR 29 Yanvar 2020, 12:34 Siyavuş Novruzov seçicilərlə görüşlərini davam etdirir - FOTO 29 Yanvar 2020, 12:29 Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib” 29 Yanvar 2020, 12:23 XİN-dən İstanbuldakı Baş Konsulluğun səhvinə REAKSİYA 29 Yanvar 2020, 12:16 Ceyhun Məmmədov seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR 29 Yanvar 2020, 12:10 Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir - Mikayıl Cabbarov 29 Yanvar 2020, 12:05 “Xalqa xidmət etməkdən böyük qürur hissi duyuram” - Ziyad Səmədzadə ağsaqqallarla bir arada - FOTOLAR 29 Yanvar 2020, 11:59 BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub - FOTO 29 Yanvar 2020, 11:53 Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - FOTO 29 Yanvar 2020, 11:47 Serj Sarkisyanın cinayət işi məhkəməyə verildi 29 Yanvar 2020, 11:41 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 29 Yanvar 2020, 11:35
SORĞU Yeni parlamentdə kimlər olsun?