Arxiv
13 İyul 2019, 10:40 | ÖLKƏ
Araz Əzimov niyə görünmür?

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov əvvəllər xarici siyasət məsələləri ilə bağlı mətbuata ən çox müsahibə və açıqlama verən yüksək çinli məmurlardan idi. Ancaq bir neçə gün öncə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş nazir müavinini nədənsə son vaxtlar media nümayəndələri az-az görürlər. Sanki “kölgə”yə çəkilmiş A.Əzimovun  jurnalistlərlə təması azaltmasının səbəbi məlum deyil.

Modern.az-ın məlumatına görə, bu günlərdə - bir ay öncə Araz Əzimovun həm doğum günü (13 iyun) olub, həm də nazir müavini təyin olunmasının (25 iyun) 25 illiyi.

Araz Böyükağa oğlu Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsini bitirib.

1984-1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərib. Çoxları yəqin ki, A.Əzimovun o vaxtlar Azərbaycan Dövlət Radiosunun Xarici yayım bölümündə fars dili üzrə diktor işlədiyindən xəbərsizdir. Həmin illər çərçivəsində o, Əfqanıstanda tərcüməçi də işləyib.

1989-1990-cı illərdə Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib, 1990-1991-də 1-ci katib, 1991-1992-də müdir müavini işləyib.
1992-1994-də Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olub. 1994-cü il iyunun 25-fən indiyə kimi xarici işlər nazirinin müavini pustunu tutur.

Azərbaycan, ingilis, fars, rus və türk dillərini bilən 57 yaşlı nazir müavini evlidir, iki oğlu var.

Media əvvəllər mütəmadi olaraq Araz Əzimovun  Qarabağ məsələsi ilə bağlı açıqlamalarını dərc edir, ondan tez-tez açıqlamalar alırdı. Qarabağ danışıqlarında prinsipial mövqeyi ilə tanınan A.Əzimov hətta nazirdən fərqli olaraq, daha sərt bəyanatlarla çıxış edirdi.  
A.Əzimov illərdir ki, Qarabağ danışıqlarında “görünməz” fiqurdur və  məlumatlara görə müzakirə olunan bütün sənədlər onun birbaşa iştirakı ilə hazırlanır.
Hətta bir ara onun Elmar Məmmədyarovdan sonra xarici işlər naziri postuna ən real namizəd olduğu söylənilirdi...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevirdə maşın qaçıran 61 yaşlı şəxs tutuldu 26 Avqust 2019, 13:31 Astarada transformator yanıb   26 Avqust 2019, 13:25 Yerevan Azərbaycana qarşı Putinin hərbi blokundan yardım umur 26 Avqust 2019, 13:13 Tramp G7 liderləri ilə  dalaşdı - Rusiyaya görə 26 Avqust 2019, 12:58 Azərbaycanın 7 rayonunda yanğın olub - Nazirlikdən AÇIQLAMA   26 Avqust 2019, 12:57 Sabahın hava PROQNOZU 26 Avqust 2019, 12:54 Azercell uşaqları və məcburi köçkünləri sevindirdi 26 Avqust 2019, 12:54 İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb 26 Avqust 2019, 12:16 Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər təlimlərə cəlb olunur 26 Avqust 2019, 12:06 “Bu il 5 yaşında olan uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına qəbul olunacaq” 26 Avqust 2019, 11:47 Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA 26 Avqust 2019, 11:26 Ermənilər Kəlbəcərin ən yüksək zirvəsindən FOTOLAR yaydılar 26 Avqust 2019, 11:24 “Azərenerji ASC “Şəmkir” SES-də təmir-bərpa işləri aparır 26 Avqust 2019, 11:21 Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL 26 Avqust 2019, 11:16 Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib 26 Avqust 2019, 11:00 Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39