Arxiv
16 İyul 2019, 14:37 | AKTUAL
Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb

Azərbaycanın Baş naziri Novruz Məmmədov iyulun 16-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.  
Modern.az xəbər verir ki, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərindən danışan Baş nazir Novruz Məmmədov ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində yaxşı əlaqələrin olduğunu bildirərək deyib: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq və tərəfdaşlıq münasibətləri həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar sayəsində daha da möhkəmlənib. Əminəm ki, sizin səfəriniz də ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə öz müsbət töhfəsini verəcək”.


İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Novruz Məmmədov cari ilin iyununda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfəri məmnunluqla xatırladıb. Baş Nazir iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.


Baş Nazir Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın  ədalətli mövqeyinə verdiyi dəstəyə  görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.


Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Cari ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan nazir Valid bin Mohammad Al-Samaani iyulun 15-də isə Əməkdaşlıq Proqramının imzalandığını diqqətə çatdırıb. Qonaq Azərbaycanın ədliyyə sahəsində tətbiq etdiyi informasiya resursları, o cümlədən “Elektron məhkəmə” informasiya sistemi ilə tanış olduqlarını bildirərək deyib:  “Ölkələrimiz arasında məhkəmə-hüquq sistemi və qanunvericilik sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var. Səfərimizin məqsədi də müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verməkdir.”


Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu 22 Yanvar 2020, 14:27 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 14:24 “Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 Azərbaycanda bu sahədə çalışanların maaşı artırılıb - SİYAHI 22 Yanvar 2020, 14:08 İranın daha bir komandiri öldürüldü 22 Yanvar 2020, 14:02 UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO 22 Yanvar 2020, 13:56 Yunanıstanda ilk dəfə qadın prezident seçilib - Səsvermə ilə 22 Yanvar 2020, 13:50 Ziyafət Əsgərov Astarada seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 13:44 Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 13:40 Deputatlığa namizəd Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını Vətən tarixi təşkil edir 22 Yanvar 2020, 13:37 AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir 22 Yanvar 2020, 13:36 Seçki təxribatçıları necə ifşa olundu - VİDEO FAKT 22 Yanvar 2020, 13:30 Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçiriləcək 22 Yanvar 2020, 13:24 Sabahın hava proqnozu AÇIQLANDI 22 Yanvar 2020, 13:17 Təhsil Nazirliyi Dağıstandakı soydaşlarımızın dərslik probleminə TOXUNDU 22 Yanvar 2020, 13:12 9659 fermerin torpaq sənədləri peykdən yoxlandı 22 Yanvar 2020, 13:06 Dadaş Dadaşlinskinin müsahibələrindən maraqlı anlar – I HİSSƏ - VİDEO 22 Yanvar 2020, 13:00 Məntəqəyə girən seçicinin telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur 22 Yanvar 2020, 12:50 Azərbaycanda ruhi xəstəni öldürüb kanala atdılar 22 Yanvar 2020, 12:43 Ermənistanda “qanuni oğru”lara qarşı qanun qəbul olundu 22 Yanvar 2020, 12:36 Bakıda daha bir metrostansiya tikilir - hazırlıqlar başladı 22 Yanvar 2020, 12:30 Ləman Ələşrəfqızı Oğuzun kəndlərində görüşlər keçirib - FOTO  22 Yanvar 2020, 12:24 Kirayə mənzillərin satışında problem YARANDI 22 Yanvar 2020, 12:18 Aptek işçiləri narkotik satarkən saxlanıldılar 22 Yanvar 2020, 12:12 Sosial şəbəkələrin məşhurlaşdırdığı SİMALAR 22 Yanvar 2020, 12:05 Jalə Əliyeva kənd sakinləri ilə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 12:00 İnsanların sonuna çıxan XƏRÇƏNG  - Dünyada və Azərbaycandakı acı vəziyyət - STATİSTİKA 22 Yanvar 2020, 11:57 Şəkidə azyaşlı oğlan itkin DÜŞDÜ 22 Yanvar 2020, 11:50 Parlament seçkilərində bir yerə 10-12 namizəd mübarizə aparır - MSK sədri  22 Yanvar 2020, 11:45 Az namizəd fərqli təbliğat forması tətbiq edir - ekspert 22 Yanvar 2020, 11:40 Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfər var 22 Yanvar 2020, 11:35 "Azərbaycan islahatlara açıq ölkədir" - Əli Əhmədov 22 Yanvar 2020, 11:29 Trampın impiçmenti: Senatda yekun səsvermə BAŞLAYACAQ 22 Yanvar 2020, 11:23 Məzahir Pənahov: “Parlament seçkiləri ilə bağlı 32 müraciət daxil olub” 22 Yanvar 2020, 11:18
SORĞU Yeni parlamentdə kimlər olsun?