Modern.az

Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu

Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu

Aktual

17 İyul 2019, 13:45

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın başçılığı ilə bu gün şəhid övladlarının yay düşərgələrinə başlandı.

 

Bunu Modern.az-a açıqlamasında Sevinc Orucova bildirib.

Sevinc Orucova təşkilata bu işdə yardımçı olan qurumlara xüsusi təşəkkür edib.

“Rabitə və Yüksək Texnologiyalar nazırliyinin təşkilatçılığı ilə tədbirlər həyata keçiririk. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə şəhid övladları üçün İsmayıllı rayonunda yay düşərgəsi təşkil edəcəyik. Tədbirlər və layihələrimiz çoxdur. Bu işdə isə bizə ən böyük dəstək verən Heydər Əliyev fondudur. Fondun dəstəyi ilə biz xəstə olanlara, yaralı qazilərə və şəhid uşaqlarına  köməklik göstərmişik. Nə zaman müraciət ediriksə, tez bir zamanda məsələyə baxılır. Fondun prezidenti Mehriban xanım bu mövzuya çox həssas yanaşır, nə qədər xəstə yaralı zabitlərimiz fondun sayəsində xaricə müalicəyə göndərilib. Bu qayğı bizə daha da qol qanad verir”.

 

Sevinc Orucova düşərgədə tək aprel şəhidlərinin deyil, müxtəlif illərdə şəhid düşmüş hərbçilərin ailəıvi üzvlərinin də təmsil olunduğunu vurğulayıb.

“Məktəb yaşlı şəhid övladlarının yay düşərgəsinə bu gündən başladıq. Biz istəyirik ki, uşaqlar sosiallaşsın, bir-birlərini tanısınlar, özlərinə qayğı və sayğını hiss etsinlər. Uşaqların yay istirahəti bu gündən başlayaraq 10 gün davam edəcək. Burada yalnız aprel şəhidlərinin övladları deyil, 2017-ci ilin fevral ayında şəhid düşmüş Aqşin Abdullayevin 3 övladı, 2010-cu ildə şəhid olmuş Əhməd Abdullayevin 2 övladı var. Çalışmışıq ki, hər şey yüksək səviyyədə olsun. Eyni zamanda burada şəhid xanımları da var. Övladları ilə birlikdə olsunlar istədik ki, uşaqlar özünü daha rahat hiss etsinlər. Ümid edirik ki, hər şey daha da yaxşı olacaq”.

 

Nuranə DAXİLQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir