“Qarabağ” “Partizani” oyununda daha bir qol vurulub.
Modern.az xəbər verir ki, Ağdam klubunun ikinci qolunu 90+4-cü dəqiqədə Dani Kintana vurub: 2:0
Bu qələbə “Qarabağ”ın Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqəsini təmin edib.
***
“Qarabağ” “Partizani” oyununda hesab açıldı.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib: 1:0
***
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün ilk təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi "Dalğa Arena"da Albaniyanın “Partizani” klubu ilə üz-üzə gəlir.
Qeyd edək ki, Tiranada keçirən ilk oyun heç-heçə başa çatıb.