Arxiv
18 İyul 2019, 10:24 | AKTUAL
Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli ittihamlar irəli sürülüb.

 

“Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənovun verdiyi iddia edilən məlumatlarda guya Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən adı çəkilən şirkətin mallarının sənədlərində uyğunsuzluq olmadığı halda qanunsuz şəkildə saxlanıldığı və qanunla müəyyən edilən miqdardan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, “Rovel Trading” MMC “Dörtel Otomotiv San ve Pazarlama Tic. Ltd. Şti” şirkətindən idxal edilən “Mutlu” markalı müxtəlif növ elektrik akkumlyatorlarının gömrük rəsmiləşdirilməsinin aparılması üçün cari ilin iyul ayının 8-də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib. Qeyd olunan malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221-ci maddəsinə, həmçinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 12.1.2-ci maddəsinə, yəni gömrük dəyərinin müəyyən edilməsinin 2-ci üsuluna əsasən araşdırma aparılıb. Araşdırma nəticəsində idxal olunan “Mutlu” markalı müxtəlif növ elektrik akkumlyatorlarının gömrük dəyəri ilə bundan əvvəl ən yaxın tarixdə həmin şirkət tərəfindən gətirilən eyni adda malların dəyəri arasında 10 200 manat kəskin fərqin olduğu müəyyən edilib.

 

Bu səbəbdən həmin gömrük bəyannamələrində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi barədə qeydlər aparılıb və bu barədə “Rovel Trading” MMC-yə məktubla məlumat verilib.

 

Qeyd edək ki, saxlanc xüsusi gömrük proseduru altında malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 176-178-ci maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarının tələblərinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 178.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 2.4-cü maddələrinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.

 

Eyni zamanda, Gömrük Məcəlləsinin 250.4-cü maddəsinə əsasən təminatın məbləğini gömrük orqanları müəyyən edir və bu məbləğ malların və nəqliyyat vasitəsinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru üçün nəzərdə tutulmuş gömrük ödənişlərinə ekvivalent məbləğdə təyin olunur.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 163.3-cü maddəsinə əsasən gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.

 

Onu da qeyd edək ki, bu “Rovel Trading” MMC-nin gömrük qanunvericiliyini pozması ilə bağlı ilk cəhdi deyil. Belə ki, həmin şirkət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 491.1 maddəsinin tələblərini pozduğuna görə 57481 manat məbləğində cərimə olunub.

 

“Kor atın kor nalbəndi olar” məsəlində deyildiyi ki, dəfələrlə qanunlardan və dövlət büdcəsinə çatacaq vəsaitləri ödəməkdən yayınmağa çalışan “Rovel Trading” MMC özünə elə özü kimi də havadarlar tapıb. Lakin “Rovel Trading” MMC kimilərin diqqətinə çatdırırıq ki, başqalarinin diqtəsi ilə hərəkət edən, şəxsi və maddi maraqlarını hər şeydən üstün tutan, yayımladığı hər məlumatdan şantaj, böhtan qoxusu gələn bəzi üzdəniraq media qurumları vasitəsilə ölkənin strateji qurumuna qarşı qarayaxma kampaniyası aparmaqdansa qanuni ticarətlə məşğul olmaq, qanuvericiliyə əməl etmək daha faydalıdır. Bu həm də vaxta və vəsaitə qənaət etmək baxımından da səmərəlidir.

 

Dövlət Gömrük Komitəsi fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, həmçinin Nazirlər Kabinetinin Qərarları əsasında həyata keçirir və hər zaman qanuni ticarətin inkişafına dəstək verir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10