Modern.az

Bu ilin dövlət büdcəsinin icrası – Nazirlik məlumat yaydı

Bu ilin dövlət büdcəsinin icrası – Nazirlik məlumat yaydı

18 İyul 2019, 16:21

Maliyyə Nazirliyi 2019-cu ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, 2019-cu ilin altı ayında dövlət  büdcəsinin mədaxili 10405,5 mln. manat,  xərcləri 10951,0 mln. manat olub,  545,5 mln. manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.

 

Gəlirlər

 

2019-cuilin altı ayında dövlət büdcəsinin mədaxili 10405,5 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz və yaxud 590,2 mln. manat çoxdur.

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3632,8 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 mln. manat çoxdur. 

 

Həmin vəsaitin 70,1 faizi və yaxud 2245,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 mln. manat və ya 14,3 faiz çoxdur.

2019-cuilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2065,2 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 234,4 mln. manat təşkil etmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz və ya 55,5 mln. manat çoxdur. 

Sair daxilolmalar üzrə büdcəyə  60,1 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4413,0 mln. manat  vəsait transfert edilib. 

 

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4965,8 mln. manat icra olunub. 

 

Xərclər

 

2019-cu ilin altı ayında dövlət büdcəsinin xərcləri 10951,0 mln. manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz və ya 1426,7 mln. manat çoxdur. 

 

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 36,1 faizi və ya 3953,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz və ya 328,0 mln. manat çoxdur. 

2019-cu ilin altı ayında dövlət büdcəsi xərclərinin 5621,0 mln. manatı və ya 51,3 faizi cari xərclərə, 3941,6 mln. manatı və ya 36,0 faizi əsaslı xərclərə, 1388,4 mln. manatı və ya 12,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib. 

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5891,8 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 mln. manat və ya 15,2 faiz çoxdur.  

 

İcmal büdcə

 

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 17583,1 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2467,6 mln. manat və ya 16,3 faiz çoxdur. İcmal büdcənin xərcləri  11682,0 mln. manat icra olunub ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839,0 mln. manat və ya 7,7 faiz çoxdur. İcmal büdcədə 5901,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. 
 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü