Arxiv
19 İyul 2019, 11:30 | İQTİSADİYYAT
“Azərbaycandan getmək fikrində deyiləm” - Hacı İbrahimdən AÇIQLAMA

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bu günlərdə “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını, ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbaycan Sənaye Korporasiyasına verildiyini açıqlayıb. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.

 

Bu açıqlamadan sonra iş adamının Azərbaycandakı fəaliyyətini dayandırıb xaricə üz tutacağı iddia olunur. Məsələ ilə bağlı Modern.az-a danışan İbrahim Nehrəmli bu iddiaları yalanlayıb:

 

“Bəli, mən “Xəzər adaları”nı təhvil verdim. Bununla da həmin mövzu bağlandı. Azərbaycandan getməyimə gəlincə, mən inkişaf edən, günü-gündən güclənən Azərbaycandan kənara getmək fikrində deyiləm. Prezident İlham Əliyevin rəhbərliyi altında yüksələn xətt üzrə inkişaf edən Azərbaycanda görüləcək işlərimiz çoxdur”.

 

İş adamı bundan sonrakı fəaliyətinin də bizneslə bağlı olacağını bildirib:

 

“Mən anadan biznesmen doğulmuşam. Biznesin müxtəlif sahələrində fəaliyyətim var. Bundan sonra fəaliyyətim yalnız və yalnız Azərbaycanda, özü də ki, biznes sahəsində olacaq”.

 

Qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.

 

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaqdı). 

Zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib. 

 

Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.

 

Elə bu ərəfədə Rusiyanın “RBK” kanalı “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan “Azərbaycan” qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevirdə avtomobil qaçıran şəxs saxlanıldı 26 Avqust 2019, 13:31 Astarada transformator yanıb   26 Avqust 2019, 13:25 Yerevan Azərbaycana qarşı Putinin hərbi blokundan yardım umur 26 Avqust 2019, 13:13 Tramp G7 liderləri ilə Rusiyaya görə dalaşdı 26 Avqust 2019, 12:58 Azərbaycanın 7 rayonunda yanğın olub - Nazirlikdən AÇIQLAMA   26 Avqust 2019, 12:57 Sabahın hava PROQNOZU 26 Avqust 2019, 12:54 Azercell uşaqları və məcburi köçkünləri sevindirdi 26 Avqust 2019, 12:54 İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb 26 Avqust 2019, 12:16 Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər təlimlərə cəlb olunur 26 Avqust 2019, 12:06 “Bu il 5 yaşında olan uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına qəbul olunacaq” 26 Avqust 2019, 11:47 Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA 26 Avqust 2019, 11:26 Ermənilər Kəlbəcərin ən yüksək zirvəsindən FOTOLAR yaydılar 26 Avqust 2019, 11:24 “Azərenerji ASC “Şəmkir” SES-də təmir-bərpa işləri aparır 26 Avqust 2019, 11:21 Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL 26 Avqust 2019, 11:16 Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib 26 Avqust 2019, 11:00 Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39