Modern.az

Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr üçün sponsor axtarırılır

Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr üçün sponsor axtarırılır

19 İyul 2019, 14:23

"Biz yeni yaradılan kamera orkestrinin maliyyə xərclərinin qarşılanması üçün sponsor axtarırıq".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, gələcəkdə ansamblın öz büdcəsi yaradılacaq:

 

"Hazırda ansamblın fəaliyyətini daha da yüksək səviyyədə davam etdirməsi üçün sponsor axtarırıq. Biz istəyirik ki, ansambl öz xərclərini qarşılasın".

 

Qeyd edək ki, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü