Modern.az

Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alındı -FOTO

Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alındı -FOTO

19 İyul 2019, 14:55

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ qapısının cibində gömrük orqanlarına bəyan edilməyən 5 ədəd "Radiesse" markalı dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir