Arxiv
19 İyul 2019, 18:35 | TƏHSİL
Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”  

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

 

Nəticələrə əsasən, III ixtisas qrupu üzrə 1 abituriyent - Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Zülfiyeva Səbinə təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə - 400 bal toplayıb.

 

“Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım”

 

Modern.az xəbər verir ki, Səbinə xanım AzEdu.az-a açıqlamasında  bildirib ki, ümumilikdə 669.8 bal toplayıb. Hüquqşünas olmaq istəyir. Bakı Dövlət Universiteti və ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim etməyi düşünür:

 

“İmtahandan əvvəl bir qədər tərəddüdüm var idi. Çünki ilk dəfədir, qəbul imtahanı yeni sistemlə keçirilir.  Elə bu səbəbdən buraxılış imtahanlarında balım 269.8 oldu. Situasiya tipli tapşırıqları tam cavablaya bilmədiyim üçün bu imtahanda maksimal nəticə göstərə bilmədim. Amma kodlaşdırma tələb edən bütün tapşırıqları düzgün cavablamışdım. Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım.

Amma fikrimcə, 700 balın olmamasının DİM-in sistemi ilə əlaqəsi yoxdur. Sadəcə, bu sistem üçün şagirdlərə bir qədər vaxt lazımdır ki, situasiya tapşırıqları istiqamətində təkmilləşsinlər”.

“650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər”

Onun fikrincə, 700 bal bir az da şans məsələsidir:

“Amma diqqətini toplamaq, imtahan anında özünü itirməməkdən də çox şey asılıdır. Fikrimcə, 650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər. Onlarda bu potensial var.

Ümumiyyətlə, abituriyentlərə məsləhətim budur ki, imtahanadək necə çalışmalarından asılı olmayaraq, imtahan zamanı özlərini toparlamağa, motivasiyalarını qorumağa çalışsınlar. Hər suala diqqətlə yanaşsınlar”.

O, sonda çəkdikləri zəhmətə görə, bütün müəllimlərinə təşəkkürünü bildirib:

“Müəllimlərimin üzərimdə böyük əməyi olub. Hətta 2 müəllimim – İngilis dili və Tarixdən  məni təmənnasız hazırlaşdırıblar. Onlara xüsusilə minnətdaram.

Düzdür, 19 maydan 7 iyula qədər demək olar ki, əlavə şeylərə vaxt ayırmadan, gərgin rejimdə çalışmışam.

Amma anamın əməyini qeyd etmək istəyirəm. Bu nəticəni daha çox onun dəstəyi ilə göstərə bildim”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda ana övladını ayaqlarından zəncirləyib - İşgəncə TƏSDİQLƏBDİ 21 Avqust 2019, 16:02 “Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAF 21 Avqust 2019, 15:55 Binəqədidə "Gənclik günü" - Fotolar 21 Avqust 2019, 15:52 Sərbəstlikdən ... özbaşınalığa 21 Avqust 2019, 15:34 Bakı-Tbilisi-Qars dəmir yolu üçün 10 yeni vaqon gətiriləcək 21 Avqust 2019, 15:30 “Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov 21 Avqust 2019, 15:29 “Qaçqınkom” sədri Gədəbəydə məcburi köçkünlərin müraciətlərini dinlədi 21 Avqust 2019, 15:28 Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı 21 Avqust 2019, 15:04 Bakıda DƏHŞƏT: uşaq və qadın Kamazın altından son anda xilas oldu - VİDEO 21 Avqust 2019, 14:52 Tramp Danimarka səfərini təxirə saldı 21 Avqust 2019, 14:30 Cəbhədə monitorinq insidentsiz başa çatıb 21 Avqust 2019, 14:17 BSU-nun tanınmış müəllimindən nazirə MÜRACİƏT  “İki övladım var...” 21 Avqust 2019, 14:06 Azərbaycanda vəzifəli şəxslər niyə gəlir deklarasiyası vermirlər... 21 Avqust 2019, 14:02 Bakıya gətirilən yeni liftlər hansı binalarda quraşdırlacaq? - AÇIQLAMA 21 Avqust 2019, 13:51 Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq 21 Avqust 2019, 13:51 Səfir Vilayət Quliyev: “Allah sözündən sonra ikinci ən müqəddəs söz Əsgər olmalıdır” 21 Avqust 2019, 13:44 AFFA bu klubları CƏRİMƏLƏDİ 21 Avqust 2019, 13:38 Pilotun xanımı: “Rəşadın iki balası adını layiqincə davam etdirəcək” 21 Avqust 2019, 13:35 Bu yay 29 nəfəri gün vurub 21 Avqust 2019, 13:32 Nazirlik rəsmisi məsuliyyətsiz insanları İTTİHAM ETDİ 21 Avqust 2019, 13:27 Rusiyada 25 yaşlı azərbaycanlı göldə boğuldu 21 Avqust 2019, 13:24 Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR 21 Avqust 2019, 13:12 Sabah gözlənilən hava şəraiti AÇIQLANDI 21 Avqust 2019, 13:02 “Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI 21 Avqust 2019, 12:51 “Hirkan”dakı yanğını söndürə bilmirlər - YENİLƏNİB + VİDEO 21 Avqust 2019, 12:22 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb 21 Avqust 2019, 12:19 İcra başçısı daha bir kənddə səyyar görüş keçirdi 21 Avqust 2019, 12:15 Türklər erməni futbolçuya 2,2 milyon avro ödəyəcək 21 Avqust 2019, 11:56 Pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - YENİLƏNİB +FOTOLAR 21 Avqust 2019, 11:52 Azərbaycanda avtomobillərin buraxdığı zərərli qazların miqdarı yoxlanılır 21 Avqust 2019, 11:15 Allahın sevimli bəndəsi 21 Avqust 2019, 10:56 Əcnəbilərlə quda olan məmurlarımız - Elmar Məmmədyarov bu sırada ilk deyil 21 Avqust 2019, 10:54 Hirkan qoruğunda yanğının ətrafa yayılmasının qarşısı alınıb - FOTO 21 Avqust 2019, 10:44 Bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olundu - FOTOLAR 21 Avqust 2019, 10:20 “Abituriyent” jurnalının 9-cu və 10-cu sayları çıxdı 21 Avqust 2019, 10:10