Modern.az

Qasırğa 13 kəndin yolunu bağladı

Qasırğa 13 kəndin yolunu bağladı

21 İyul 2019, 18:30

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 kəndlə əlaqə kəsilib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Kirman vilayətinin Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

 

Ə.Baqirinin sözlərinə görə, qum qasırğası 17 nəfərin tibb məntəqələrinə müraciət etməsi ilə nəticələnib.

 

Qubernator əlavə edib ki, rayonun 130 kəndi qum qasırğası ilə üzləşib.

 

Ə.Baqiri tozun normadan 22 dəfə çox olduğunu deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir