Modern.az

Masallıda 100 ədəd çinar yandı

Masallıda 100 ədəd çinar yandı

Aktual

21 İyul 2019, 22:46

Masallı rayonunun Qızılavar kəndində yanğın olub.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 320 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, damına yığılan 8 ton ot bağlamasının 3 tonu və ərazidə 100 ədəd çinar ağacı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı