Arxiv
22 İyul 2019, 20:44 | AKTUAL
“Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Modern.az-ın  məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu il Azərbaycan mətbuatının 144-cü ildönümünün qeyd edildiyini diqqətə çatdıraraq bildirib:

“Mətbuat tariximizin son 27 ili sizin iştirakınızla yaradılıb. Azərbaycan mediasının inkişafı Azərbaycanın bugünkü iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır. Bəzən təəssüflər olusn ki, Azərbaycan jurnalistikasının da opponentləri tapılır və bizim bugünkü inkişafımızı inkar etməyə çalışırlar. Amma bu bir reallıqdır ki, müstəqil Azərbaycan mediası 27 illik tarixində təkcə ölkəmizdə deyil, dünyada Azərbaycanı layiqincə təmsil etmək gücünə malikdir, təmsil edir və təmsil etməkdə davam edəcək”.

Ə.Həsənov vurğulayıb ki, müstəqil media tariximizdə mühüm xidmətləri olan Ümummilli lider Heydər Əliyevi bugünkü mətbuat günündə xatırlamaq hamının haqqıdır. Prezident Aparatının rəsmisi bildirib ki, 1998-ci ildə Ümummilli liderin fərmanı ilə Azərbaycan mediası üzərindən bütün senzura strukturları, mətbuatın fəaliyyətini tənzimləyən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi və Azərbaycan mediasına özünün ictimai tənzimlənməsini yaratması üçün şərait yaradıldı:

“Jurnalistlərin özlərinin yaratdığı Mətbuat Şurası mətbuatın yaradıcılıq problemlərini, o cümlədən jurnalistlərin sosial-iqtisadi problemlərini araşdırır, dövlət qarşısında bu və ya digər təşəbbüslərlə çıxış edir. Dövlət tərəfindən həmin təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir”.

Ə.Həsənov bildirib ki, əgər Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının təməlini qoymuşdusa, ümummilli lider Heydər Əliyev Azərbaycanda azad medianın banisi kimi tarixə düşdü, media üzərindəki tənzimləmə və senzura mexanizmlərini ləğv etdi: “Beləliklə də azad medianın formalaşması üçün bütün lazımi şəraiti yaratdı. Ümummilli liderin media siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən dönmədən ardıcıl və prinsipial şəkildə davam etdirilir. Medianın bugünkü inkişafında Prezident İlham Əliyevin xüsusi payı, xidmətləri var”.

Ə.Həsənov əlavə edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mediasına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi: “Bu Konsepsiyanı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu müddət ərzində Azərbaycan mediasına 50 milyon manata yaxın bu və ya digər formada yardım göstərilib. Qəzetlərin uzun müddət yığılmış borcları da dövlət tərəfindən bağlanıb”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır: “Mətbuat mədəniyyətin bir hissəsidir. Azərbaycan mediasının inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda teatr, incəsənət, elm, təhsil və digər sahələr mətbuatdan daha çox inkişaf edib. Mədəniyyət sahəsinin bütün sahələri kimi mediamız da inkişaf edir. Azərbaycan dövləti mədəniyyət xadiminə də, idmançısına da, tetar xadimlərinə də ev verir, jurnalistlərə də. Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atır. Ona görə də buna qarşı qısqanclıq, hansısa fərqli fikir formalaşdırmaq sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil”.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqənin 2019-cu il iyunun 8-dən iyulun 12-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirildiyini, müsabiqəyə 56 KİV-dən 142 yazının təqdim edildiyini bildirib.

V.Səfərli deyib ki, müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamət üzrə qaliblər elan edilib, ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14 Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” 23 Yanvar 2020, 18:07 Prezident İlham Əliyev tanınmış həkimlə bağlı sərəncam verdi 23 Yanvar 2020, 18:00 Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI 23 Yanvar 2020, 17:53
SORĞU Yeni parlamentdə kimlər olsun?