Arxiv
23 İyul 2019, 23:09 | ƏDƏBİYYAT
İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…”

- Salam…

Cavab gəlmədi.

-Hər vaxtınız xeyir!

Yenə cavab gəlmədi. Gözləyim? Yox, gözləmirəm. yazacam…

-İlqar müəllim, Ağdamın işğalıyla bağlı yazı hazırlayıram...

Cavab yoxdu… yazım? Yazsam yaxşıdı. Nə cavab verər, verər…

 

-İlqar müəllim, Ağdam deyiləndə yada düşən ağdamlılar var, onlardan biri də sizsiniz… Sizin illər boyu yaşadığınız Ağdam həsrətini, düşüncələrinizi "Qarabağ" qəzetində görmək istərdik.

 Cavab yoxdu. Ümidimi üzdüm...

Sabah açıldı…Messencer!

 

-Əntiqə, salam. Mən o mövzuda heç yazı yazmıram. Yazmıram deyəndə, əslində yaza bilmirəm. Amma, "Qarabağ" qəzetinə “yox” demək olmur. Bir-neçə cümlə yazmağa çalışaram. Sabah göndərərəm.

-Həsrətlə gozləyəcəm. Sizin yazınıza təqdimat vermək isə mənim üçün şərəfdir.

Və dərindən nəfəs alıram! Axı tanınmış jurnalist və tərcüməçi İlqar Əlfioğlunun Ağdam haqqında düşüncələrini ilk dəfə mən oxuyacam! Axı həm də o,  Ağdam deyiləndə yada düşən  kişilərdən birinin— Azərbaycan yazıçısı, publisisti, tərcüməçisi Əlfi Qasımovun oğludur! Axı, indi  Ağdam deyiləndə xatırlanan qələm sahiblərindən biri də İlqar Əlfioğlu özüdür!

 

 

Ağdam deyəndə...

 

Hamı balaca olub və hamının sevimli oyuncağı olub. Mənə qəribə bir oyuncaq gətirmişdilər, adına  “kaleydoskop” deyirdilər. İndi təsvir edəcəm, görənlər, söhbətin nədən getdiyini biləcək.

Karton boru idi, hər iki başında şüşə vardı. Bir başında ağ şüşə, digərində ortasında birqəpiklik boyda şəffaf yeri olan qara şüşə. İçinə nəsə tökmüşdülər, yelləyəndə çıq-çıq edirdi. Borunun deşiyinə gözünü zilləyib arxasını işığa tuturdun, hər fırladıqca, cürbəcür naxışlar yaranırdı. Bir-birindən gözəl rəngbərəng naxışlar heç təkrar olunmur; nə qədər fırlasan, yeni mənzərə görürdün...

Maraq mənə zor elədi, kaleydoskopu sökdüm. İçindəkilər xırda rəngbərəng şüşələr, bir də uzun-uzun aynalar imiş...

Bax, Ağdam deyəndə, 50-ci illərin həmin o kaleydoskopu gəlir gözlərim özünə. Mən orda bənzər mənzərə, bənzər gözəllik görmədim; bənzər duyğular, bənzər istəklər yaşamadım; Ağdam ən adi mənzərəsinə nəsə bir şirinlik, bir ecaz qatıb, qarşımızda cilvələndirirdi. Ağdam bizə nə göstərdisə, öz unudulmazlığını qatıb, göstərdi.

 

İndi də, altmış il əvvəl itirdiyim kaleydoskopun xəyalını beynimdə fırlayıb, iyirmi altı il əvvəldən bəti əlim çatmayan Ağdamı görmək istəyirəm və görürəm də. Amma, bütöv yox, qırıq-qırıq, pərakəndə səhnələrdə...

 


Dəli Xanəhməd

 

Onu ancaq yay aylarında görürdüm deyə, yaxasız ağ köynəkdə, büzmə balaqlarını qalın corablarının içinə saldığı boz şalvarda xatırlayıram. Yanında da həmişə beş-altı qıllı köpək olardı. Təpənin yanında Dəli Xanəhmədə tuş gələndə, bir dəstə uşaq Qarqara enirdik, futbol oynamağa.. Ayaq saxladıq. Tanış kənd uşaqlarının arasında gözü məni qırğı kimi aldı. Qollarına keçirib belinə dirədiyi zoğal çomağını uzatdı, küpəsilə təpəmi yüngülcə taqqıldatdı

-Ə-ə, Hümmət, bu gədə kimdi yanında?.. -  Məndən cəmi iki yaş böyük olan Hümmət, əmiyə oxşamasa da, həqiqətən əmim idi.

-Əlfi qağamın böyük oğludur, Xanəhməd əmi, İlqardı...

-Əlfi hələ Bakıdadır?

-Hə, harda olacaq ki, Xanəhməd əmi?..

-Neynək, olsun-olsun, nə deyirəm axı?..

 

Mıqıdı

 

Babamın itinin adı idi. Qəribə addı, eləmi? Mıqıdı mənim dostum idi. Babam onu mənimlə tanış eləyəndə, cinsini soruşdum. Dedi ki, adı da Mıqıdıdı, cindi də...

Bir axşam Hümmətlə Nədirin bağından, qoyun otarmaqdan gəlirdik. Heyvanları qapıya salanda, babam gördü ki, biri kəm gəlir.

-Ay Hümmət, bu heyvan hara təzib, bala? Get gəz, gör hardadı, canavar dağıdar...

Hümmət kor-peşman geri qayıtdı, “Dədə, mən də gedirəm” deyib onun dalınca çıxdım. Doqqazın ağzında Mıqıdı da özünü yetirdi. Dostumun gəlişinə sevindim, hava qaralmışdı; bu qaranlıqda hər ağacın, hər böyürtkən kolunun dibindən əcinnələr baxır adama...

Kəndin ayağına çatıb, Qaradağlı-Qasımlı yoluna burulduq, Mıqıdı da dalımızca. Zülmətə onca addım atmışdıq ki, arxadan Mıqıdı nə təhər sıçradısa, düz başımın üstündən üçdu... Onu uçması ilə güllənin açılması bir oldu – Mıqıdı kökündən vurulmuş ağac kimi qarşımızda yerə sərildi. Heç vaxt hürməyən dostum indi xəfifcə zingildəyirdi...

...Mıqıdını evimizə qucağımda gətirdim. Boyuna baxanda, elə bilirdin ağır olar, amma deyildi; doqqazdan içəri girəndə ağırlaşdı – ölmüşdü.

Dədə, baxan kimi bildi. Dodaqları səyridi – həmişə hirslənəndə, səyriyirdi. Bir kəlmə dinmədən, tüfəngini götürüb çıxdı...

Bizə dəyəcək gülləni atan yad yox, qonşu imiş; kolluqda marığa durub, toyuqlarını aparan çaqqalı güdürmüş. Birimiz çaqqalın badına gedəcəydik, Miqidi nə duydusa, özünü qabağa verdi...

 

Poqoroq

 

Poladlıdan Ağdama avtobus xəttinin açılması, əsrin sensasiyası olmuşdu. Kəndin tarixində ictimai əhəmiyyətinə görə ona bənzər hər üç hadisənin şahidi olmuşdum: birincisi, işığın çəkilməsi (nə qədər ki, işıq yox idi, kəndə gedəndə, toyuqlarla yatıb, toyuqlarla durardıq); ikincisi, artezianın qazılması (nə qədər ki, artezian yox idi, suyu qadınlar Qarqarın o üzündəki Zoğalat arxından gətirərdilər); üçüncüsü də, Poqorod. Adını ona görə böyük hərflə yazıram ki, ilk dəfə uşaqlarla Poqorodun gəldiyini eşidib, tamaşasına yüyürəndə, elə bilmişdim, adam adıdır. Sən demə “alabaş” deyilən avtobus imiş. Poqorod Qarqarüstü kəndləri hərlənir, bizim Poladlıdan keçib, Ağdam bazarına gedirdi. Onun gəlişinədək, camaat şəhərə piyada - Qarqardan ötüb, Muradbəylidən keçib, gedərdi. O vaxtdan, kefimiz istəyəndə, poqoroda minib, Ağdama gəzməyə gedirdik.

O ki, qaldı bu avtobusun adına, qabaq şüşəsində rusca «По городу» yazılmışdı, ona görə Poqorod deyirdilər...

 

***

Həmişə deyirəm ki, Ağdamın gedəcəyini bilsəydim, kababından bircə tikə yeyərdim ki, tamı damağımda  həmişəlik qalsın.

İndi də deyirəm ki, barı qayıdaq, qırdığım kaleydoskopu tapım; onda nə gözəllik desən, var...

 

***

Mən Ağdam barədə yazı yazmamışam və yazmıram...

Bu yazdığım da, Ağdam barədə deyil...

Amma, söz verirəm, qayıdaq, ən yaxşı yazımı ordan yazacam, görəcəksiniz!

 

 

P.S. “Bu yazdığım da, Ağdam barədə deyil” deyə yazmısınız… Amma özləminiz, həsrətiniz, acınız hər cümlədə oxucunun qəlbini titrədir…Nə deyirik, inşallah , o gün gələr!, İnşallah, siz də verdiyiniz sözü tutarsınız!

 

Əntiqə Rəşid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada daha 155 nəfər koronavirusun qurbanı oldu 8 İyul 2020, 00:56 Bu ölkədə komendant saatı tətbiq edilir   8 İyul 2020, 00:41 “Fairmont” üzr istədi: Amma müştərilərindən 8 İyul 2020, 00:29 Təhsil haqları artırılıb? - Ekspertdən açıqlama 8 İyul 2020, 00:13 ABŞ-ın ÜST-dən çıxması reallaşır: Tramp Konqresə müraciət etdi 7 İyul 2020, 23:56 NATO-ya məlumat ötürən müşavir həbs edildi 7 İyul 2020, 23:45 Sabiq rektor vəfat etdi 7 İyul 2020, 23:29 Qazaxda qadının əri və qayınatasını bıçaqlamasına rəsmi açıqlama 7 İyul 2020, 23:12 Bərdədə traktor kanala aşdı: sürücü öldü 7 İyul 2020, 23:01 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AÇIQLANDI - FOTO 7 İyul 2020, 22:48 Ramiz Mehdiyev ittihamlara CAVAB VERDİ: “Yazılanlar həqiqəti əks etdirmir” 7 İyul 2020, 22:31 Fransada daha 13 nəfər koronavirusun qurbanı oldu 7 İyul 2020, 22:16 Bakıda karantin qaydasını pozan şəxs polisə bıçaq çəkdi - FOTOLAR 7 İyul 2020, 21:59 Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı 7 İyul 2020, 21:43 AZAL Bakı-London-Bakı xüsusi reyslərinə aviabilet satışına başlayır 7 İyul 2020, 21:32 “Azərbaycan media azadlığı üzrə növbəti nümayəndə ilə əməkdaşlığa hazırdır” - Azay Quliyev 7 İyul 2020, 21:07 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 260-a çatdı 7 İyul 2020, 20:49 “Ermənistan həqiqəti qəbul etmək əvəzinə status-kvonu qorumağa çalışır” - Azay Quliyev  7 İyul 2020, 20:38 “Ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraiti meydana gəlib” - Prezident Administrasiyasının rəsmisi 7 İyul 2020, 20:21 Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək 7 İyul 2020, 20:18 Kürdə batan gəncin meyiti tapıldı 7 İyul 2020, 20:13 “Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır” - Ədalət Vəliyev 7 İyul 2020, 20:01 Karantini pozan taksi sürücüsü saxlanılıb 7 İyul 2020, 19:52 Böyük Britaniyada restoranlar açıldıqdan bir neçə gün sonra bağlanıb 7 İyul 2020, 19:45 Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi keçirilir 7 İyul 2020, 19:36 Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs həbs edildi 7 İyul 2020, 19:20 Yaponiyada ABŞ-ın aviabazasında koronavirusa yoluxma qeydə alınıb 7 İyul 2020, 18:58 Azərbaycanda daha 537 nəfər virusa yoluxdu - 7 nəfər öldü 7 İyul 2020, 18:56 “Azərsu”dan Bakını bürüyən üfunət iyi ilə bağlı AÇIQLAMA 7 İyul 2020, 18:52 Beyləqanda baş həkim və 5 tibb bacısı koronavirusa YOLUXDU 7 İyul 2020, 18:43 Sürət həddini aşan qadın sürücü saxlanılıb 7 İyul 2020, 18:35 Azərbaycanın Rusiyadakı Səfirliyi ittihamları RƏDD ETDİ 7 İyul 2020, 18:26 Bakıda narkotik istifadəçisi həbs edildi 7 İyul 2020, 18:17 Qubada maşın piyadanı vuraraq öldürdü 7 İyul 2020, 18:08 Nazirlik bələdiyyəni cərimələdi 7 İyul 2020, 18:00