Modern.az

ABŞ çətin durumda qalacaq

ABŞ çətin durumda qalacaq

Aktual

24 İyul 2019, 00:16

ABŞ Avropa ölkələrindən idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq edərsə, çətin durumla qarşı-qarşıya qalacaq.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə danışan Avropa Komissiyasının ticarət məsələləri üzrə üzvü Sesiliya Malmström ABŞ-ın əlavə gömrük vergisini tətbiq edəcəyi halda, 35 milyard avroluq cəza siyahısını işə salacaqlarını bəyan edib.

Kommersiya məsələlərinin AB-nin prioritetləri arasında olduğunu vurğulayan Malmström birtərəfli ticarət siyasətindən uzaq durmağın lazım gəldiyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!