Arxiv
24 İyul 2019, 10:12 | AKTUAL
Kapital Bank – 145 il sizinlə!

 

24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb.

 

Modern.az xəbər verir ki, ilk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.

 

Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 

 

11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. 21 fevral 2000-ci ildə isə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində, Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı. 

 

29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.

 

Kapital Bank fəaliyyətinin 145-ci il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10