Modern.az

Azərbaycan Banklar Assosiyasında yeni kadr TƏYİNATI

Azərbaycan Banklar Assosiyasında yeni kadr TƏYİNATI

1 Avqust 2019, 15:17

İyulun 31-də Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin keçirdiyi iclasda “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov təyinat alıb.

 

ABA-dan Modern.az-a verilən məlumata görə, iclasda yeni sədr “Marketinq və PR üzrə” Ekspert Qrupun iş planını Rəyasət Heyətinə təqdim edib. Təqdimatda Qrupun iş planında prioritet məsələlərdən biri nağdsız ödənişlərin stimullaşdırılması xüsusi qeyd edilib.

Planın əsas məqsədi nağdsız ödənişlərin kütləviləşdirilməsi və vəsaitlərin kart vasitəsilə ödənişinin əsas faydalarını geniş ictimaiyyətə çatdırılmasıdır.

 

Bu istiqamətdə Qrupun tədbirləri sırasında – nağdsız ödənişlərin stimulaşdırılması üçün video çarxların hazırlanması, təşfiqlə bağlı orta və ali təhsil məktəblərində görüşlərin keçirilməsi, sosial Media-da mövzu ilə bağlı məqalələrin dərci, mövzu ilə bağlı yarışmaların keçirilməsi, eləcə də plastik kartlar üzrə lotereyanın (və ya digər kampaniyaların) keçirilməsi olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir