Modern.az

“Azərbaycanın güclənməsi ABŞ-ın milli maraqlarına uyğundur” - Deputatlar

“Azərbaycanın güclənməsi ABŞ-ın milli maraqlarına uyğundur” - Deputatlar

2 Avqust 2019, 14:34

ABŞ prezidenti Donald Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Bu barədə məlumatı Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramı məlumat yayıb.

 

Ayrılmış 101 milyon 515 min dolların bir hissəsi Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Bura tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Məbləğin bir hissəsi isə Xəzərdə təhlükəsizlik məsələlərinə və insan hüquqlarının inkişafına yönəlib.

Bu məlumatın xarici və yerli mediada yayılmasından sonra Ermənistan silahlı qüvvələrinin sərhəd hissələrdə təxribatlarının şahidi olduq. Ard-arda baş verən atəşkəsin pozulması halları ermənilərin itkiləri ilə nəticələndi.

 

Ermənilərin bu təxribatlarının məqsədi haqqında Modern.az-a danışan deputat Səməd Seyidov düşünür ki, Azərbaycanın bütün məsələlərdə önə çıxması, dünyanın diqqət mərkəzində olması Ermənistanda qıcıq yaradır:

“Ölkəmizin ABŞ, Avropa, Rusiya və digər qonşu dövlətlərlə yaxın münasibətləri Ermənistanda paxıllıq yaradır. Bizə qarşı yönəlmiş təxribatların qarşısını almağımız onlar üçün ən arzuolunmaz məqamdır. Ermənistan Azərbaycanın müvəfəqqiyyətləri ilə heç zaman barışmayıb. Halbuki ermənilər Azərbaycanın inkişafını qəbul etmədiyi müddətdə, Ermənistan gələcəyinin Azərbaycanın əlində olduğunu anlamayanadək, o ölkədə təxribatlar, daxili problemlər, dövlət çevrilişləri, qeryri-sabitlik baş verəcək. Onlar yanlış informasiyalar yaymaqla, sərhəddə provokasiyalar törətməklə, beynəlxalq ixctimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Sərhəddəki təxribatlar isə ümumi planın içərisində olan həlqələrdir”.

 

Həmçinin deputat diqqətə çatdırıb ki, Ermənistan daxilində gedən mənfi problemlərdən, geriləmədən diqqəti yayındırmaq üçün sərhəddə təxribalara əl atır:

“Azərbaycanın inkişafının qarşını heç bir şəkildə ala biməmək, Ermənistanın daxilində gedən proseslər, bu dövlətin populist hakimiyyəti çox vədlər versə də, heç nəyi həyata keçirə bilməyib. Belə davam etdikcə provokasiyaların sayı artacaq”.

 

Deputat Asim Mollazadə isə ermənilərin təxribatlarının ABŞ-ın Azərbaycana yardımı ilə bağlı olduğunu hesab etmir. A. Mollazadənin onlar sərhəddə qorxudan atəş açırlar:

“Ermənistanın daxilində gərginlik gün-gündən artır. Hərbi cinayətkarlar yeni rejimi devirməyə çalışır, bunun üçün yollar axtarır, təxribatlar edirlər. Onların məqsədi odur ki, bəlkə Azərbaycanın tutarlı cavabı yeni hakimiyyətən narazılığı gücləndirər, daxili qüvvələr cinayətkar yollarla hakimiyyəti ələ alarlar. Ermənilərin bu qorxu hissi onları təxribatlara vadar edir”.

 

Deputat Rasim Musabəyov da düşmənin sərhəddəki aktivliyini ABŞ-ın Azərbaycanın sərhəd qüvvələrinə genişmiqyaslı (təxminən 100 milyon dollar) yardım ayırması ilə əlaqələndirir:

“Azərbaycanın quruda, dənizdə və hava sərhədlərində nəzarəti gücləndirməsi ABŞ-ın milli maraqlarına uyğundur. Bu dövlət Xəzər dənizindəki neft və qaz layihələrinə milyardlarla dollar investisiya yatırıb. Həmçinin Amerika Silahlı Qüvvələri Azərbaycan ərazisindən keçərək Əfqanıstana tranzit edilib.

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan və sərhədləri Rusiya tərəfindən qorunan Ermənistan Amerikanın hərbi yardımına arxalana bilməz”.

 

Deputatın sözlərinə görə, halbuki İrəvan hər yolla Azərbaycana təxribatlarını davam etdirir, sərhədlərimizdə sakitliyi pozmağa çalışır.

“Ermənilərin intriqalarını oxumaq asandır və çətin ki, Amerika belə təxribatlara məhəl qoysun”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?