Arxiv
7 Avqust 2019, 08:42 | HADİSƏ
Erkən nikaha məcbur edilənlərin valideynlərinə kəsilən CƏZALAR…

Azərbaycanda erkən nikaha və məcburi evliliyə sövq edilənlərlə bağlı mütəmadi olaraq faktlar səsləndirlir. Hətta bəzi bölgələrdə elə ailələr var ki, nəinki 17, 14-15 yaşlı qız uşaqlarnı ərə verirlər. Erkən nikahın qurbanları olan bu qız uşaqlarının ali və ya orta ixtisas təhsili alma istəyi valideynləri tərəfindən kobud şəkildə desək “zorlanır”. Bəzən erkən nikahı qəbul etməyən  yeniyetmə qızlar çıxış yolu tapmayanda intihara əl atırlar.

Buna misal olaraq, iyulun 30-da Zaqatalanın Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intiharını göstərə bilərik. İlkin rəsmi məlumatda gənc qızın intihara əl atmasının səbəblərinin bəlli olmadığı deyilir, amma sosial mediada yazılanlara görə, G.İsmayılova ali təhsil almaq istəyib, valideynləri isə onu özündən yaşda çox böyük kişiylə nişanlayıblar, avqustda toyu olacaqmış. Nəticədə Gülər özünü asaraq, həyatına son qoyub. Dəşhətli hadisədir...

 

Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikaha təhrik edilməylə bağlı qanun qəbul edilib. Bəs belə olan halda övladını erkən nikaha məcbur edən  hansısa valideyn məsuliyyətə cəlb olunubmu?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda erkən nikah əleyhunə bir sıra qanunlar qəbul edilib.

 

 “Azərbaycanda “Gender təminatları haqqında” 2006-cı ildə qanun qəbul edilib. Bundan əlavə, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qəbul edilib. Nikaha məcburetmə özü məişət zorakılığının bir növüdür. Bunun 18 yaşına çatmış və ya 18 yaşdan yuxarı insanlara aid edilməsinin fərqi yoxdur. Eyni zamanda, 2011-2012-ci illərdə məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə müddəalar qəbul edilib. Nikaha məcburetmə ilə bağlı qanun 2012-ci ildə qəbul edilib. Yetkinlik yaşına çatmamış şəxslərə görə 4 min manat cərimə və 4 il azadlıqdan məhrum etmə cinayət məsuliyyəti təsdiqlənib. Çox təəsüflər olsun ki, bu qanun 2012-ci ildən qüvvəyə minib, amma 7 il ərzində bu faktla bağlı 1 dənə cinayət işi açılmayıb”.

Elgün Səfərov bunun çox böyük problem olduğunu vurğulayıb.

 

“Qeyd etmək istəyirəm ki, bütün dünya ölkələrində nikaha məcburetmə faktları qeydiyyata alınır. Elə bir ölkə yoxdur ki, orada nikaha məcburetmə faktları olmasın. Afrika, Asiya ölkələri, hətta inkişaf etmiş ölkələrdə də bu problem var. Məsələ ondan ibarətdir ki, ölkədən ölkəyə fərq var. Bəzi ölkələrdə qanunvericilikdə və məsuliyyətə cəlbetmədə xüsusi müddəalar var, bəzilərində primitiv mexanizmlər işləyir, bəzi ölkələrdə isə sosial instrumentlər güclü fəaliyyət göstərir.
Azərbaycanda bu sahədə sadaladığım qanunlar və Cinayət Məcəlləsindəki müddəalarla nailiyyət əldə etmişik, psixoloqlar institutu yaradılır, keyfiyyətli psixoloqların sayı artırılır. Lakin bütün bunlara baxmayaraq, bizdə bu müddəların tətbiqi ilə bağlı problemlər mövcuddur. Konstitutsiyanın 125-ci maddəsinə əsasən,  intihara çatdırmaya görə Cinayət Məcəllisinə xüsusi diqqət ayrılır. İntihara çatdıran şəxslər 2-3 il yox, 7-8 il məsuliyyətə cəlb oluna bilərlər”.

 

Elgün Səfərov bu il qəbul ediləcək layihələr haqqında da danışıb:

 

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması, uşaq məcəlləsi və ailə strategiyası haqqında layihələr hazırlanb. Bu il çərçivəsində həmin 3 sənədin qəbul edilməsi planlaşdırılır. Bizim məqsədimiz uşaqlara qarşı zorakılıqla mübarizəsinin gücləndirilməsi, sağlam cəmiyyətdə sağlam uşaqların boya-başa çatdırılması və onların sağlam vətəndaş kimi Azərbaycanı təmsil etməsinə nail olmaqdan  ibarətdir. Uşaqlara təhsil, idman və sərbəstlik məhdudiyyətlərinin qoyulmaqsı yolverilməzdir. Bundan əlavə, uşaqların, xüsusilə qızların nikah və digər amillərə məcbur edilməsi halları daha çox baş verir. Bu isə insan hüquqlarının pozulmasıdır və cinayətdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38