Arxiv
7 Avqust 2019, 09:35 | ƏDƏBİYYAT
“Rafiqi durğuzun, müəllim”

Akif Cabbarlı


Həyat etüdləri


Orta məktəbdə müəllim işləyən tanışım maraqlı bir əhvalat danışdı və dedi ki, əsl yazılmalı mövzudur.

Deməli, dərslərin birində “sürünənlərin” başında duran Ruslan gözlənilmədən əlini qaldırır, müəllimin diqqətini cəlb etmək üçün hələ ayağa da durur. Müəllim də sevinir ki, axır bu danabaş gədə də dərs danışmaq istəyirmiş. İcazə verir ki, yazı taxtasının qarşısına çıxsın.

-Müəllim, ora çıxmağa ehtiyac yoxdur, elə yerimdən də deyərəm.

-Nəyi deyərsən, bala? Nə bilirsən, nə öyrənmisən, gəl çıx qabağa, danış da.

-Yox e, müəllim, mən başqa şeyi bilirəm.

-Nəyi?

-Onu bilirəm ki, Rafiq bugünkü dərsi əla öyrənib. Onu durğuzun. Dünən işıqları sönmüşdü, bütün gecəni bizdə dərs oxuyub, məsələ-misal həll eləyib, hələ əlavə bir şeir də əzbərləyib, papa canı...

 
“Yenə ordasanmı?”

 

Köhnə dostlar – Əhmədlə Məmməd uzun illərdən sonra paytaxtın izdihamlı küçələrinin birində təsadüfən rastlaşdılar. Səmimi görüşdülər, qucaqlaşdılar, zəndlə bir-birinin gözlərinin içinə də baxdılar.

-Məmməd, nə təhərsən ey, aya-günə dönmüsən, neyləyirsən, yenə ordasan?

-Hə, Əhməd, səndə nə var-nə yox? Hələ ki, ordayam. Sən necə, ordasanmı?

-Ordayam, orda... Küləyi görürsən də, göz açmağa imkan vermir.

-Hə, ardaş, deyirlər sabahdan kəsəcək.

-Oldu, qardaş, öpürəm səni.

-Mən də səni...

Ayrıldılar.

Kimin harada olduğu, yəni ki, harada, hansı idarədə işlədiyi, nə ilə məşğul olduğu, ailələrində nə baş verdiyi bir-birinə özləri də bilmədən qaranlıq qaldı.

...Allah bilir bir də nə vaxt görüşəcəkdilər.

 

“Ağsaqqal, siz niyə tans eləmədiniz?..”

 

İsti günlərin birində qələm dostumun və qonşumun təklifi ilə yaşadığımız binadan cəmi on-on beş dəqiqəlik məsafədəki çimərliyə yollandıq. Bu, həm də debütümüz, el arasında deyildiyi kimi, şeytanın qılçasını qırmaq kimi bir şey idi. İsti qumda uzanmaq, gömgöy dənizə, mavi səmaya baxıb da cürbəcür qayğıdan uzaqlaşmaq, dincəlmək neçəyə desən dəyərdi.

Çimərlikdə sıxlıq idi. Saysız-hesabsız maşınların, ikimərtəbəli turist avtobuslarının arasından birtəhər adlayıb keçid məntəqəsinə yaxınlaşdıq. Burada keşik çəkən qapqara saqqallı, şivərək oğlanlar qarşımızı kəsib adambaşına çox yox, ikicə manatdan keçməli olduğumuzu bildirəndə dostum dilləndi:

-Axı, çimərliyə giriş indi pulsuzdur. Mətbuatda da elan olunub. Ay oğul, biz niyə pulla keçməliyik? – desə də, xeyiri olmadı.

Ayağımızı quma basan kimi Latın Amerikasındakı kovboyları xatırladan qapqara bədənli, çoxdan dəbdən düşmüş şlyapanı gözünün üstünədək endirmiş birisi baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb hırıldadı:

-Dayday, on beş manat qani (yəni ki, düş bura), sizə stol-stul verim. Çox çək-çevirdən sonra on manata razılaşdı. Deyinə-deyinə sınıq-salxaq plastmas stol-stulu zir-zibillə dolu talvarın altında ayağımızın altına tolazlayıb turşumuş sifətini qeyzlə kənara döndərdi.

Kefimizə yavaş-yavaş doğranan soğanın üstünə qəfildən sanki qapqara qətran tökdülər. Bizdən on-on beş metr aralıda rəngbərəng köşklərin ortasındakı kiçik meydançaya qolu-qılçası tatiurovkalı ərəb kişiləri və yalnız Çin fanarlarındakı təki işıldayan gözləri görünən qapqara örtüklü arvad-uşaq səs-küylə doluşdu. Sonra kişilər bir nəfər kimi dənizə təpildilər, qadınlar isə stollara haradansa gətirdikləri yeməkləri, sərinləşdirici içki şüşələrini düzdülər. Bir az keçdi, kişilər qayıtdı. Sonra bu meydançada elə bir mərəkə qopdu ki, sözlə deyil, gərək sazla çatdırasan. Ortaya səsgücləndirici qurğu qoyuldu, pəzəvənglərdən biri əlinə mikrofon götürüb elə ucadan qışqırmağa, sonra da oxumağa başladı ki, bütün çimərlik lərzəyə gəldi. Oxuyurdular, oynayırdılar, arada da ağızlarını göyə tutub elə bağırırdılar ki, sanki səmada əjdaha başı görmüşdülər.

Yan-yörəmizdə oturanların bəziləri qulaqlarını tutsa da, yalnız “həbibim” sözünü başa düşdüyümüz mahnının ritminə uyğun çiyinlərini atır, guya ki, rəqs edirdilər. Sonra bizim qarasaqqal qaqaşlar da gedib onlara qoşuldular. İlahi, burada elə bir mənzərə yaranmışdı ki, ən tanınmış kinorejissorlar belə bu cür səhnəni düzüb-qoşmaqda yəqin ki, çətinlik çəkərdilər.

Qarmaqarışıq musiqi, anlaşılmaz qışqırtılar sözün əsl mənasında bizi boğurdu. Odur ki, durub qaçdıq dənizin qoynuna. Suda da ki, nə qədər qalasan?! Yerimizə qayıdanda rəqslər, ifalar pik həddinə çatmışdı. Ərəblər və onlara qoşulan bizimkilər hamılıqla ekstaz vəziyyətdə idilər. Bizim uşaqlar qan-tərin içində elə tryuklar göstərirdilər ki, sanki Ginnesin kitabına düşmək istəyirdilər. Hələ bir oğlanın iki-üç yaşında qızını bir əli ilə başının üstünə qaldırıb toylarda oynayan bəzi düşük valideynlər kimi ərəb melodiyasına uyğun fırlatmağını görəydiniz...

İşin şirin yerində ynımızdakı bir rus qadın anlamadığı ərəb mahnısına bizim dildə bir mesaj qolayladı: - zurnaaaa!

Təbii ki, bu replikanı eşidə bilməzdilər. Bəlkə də eşitsəydilər, söz də tapıb deyərdilər. Deyərdilər ki, nədir, uzun illər sizin rəqslərinizə tullanıb-düşüblər, qoy bir az da istiqanlı, səxavətli ərəblərin sümük sındıran, şux rəqslərinə oynasınlar da...

Deyəsən arada bir yoruldular. Qısaca fasilə oldu. Bu vaxt haradansa, səsucldan qurğudan meyxana deyən bizimkilərdən bir cavab jesti yayımlandı: - bəh-bəh, zövqün(m)üzə əhsən! Görəsən, çimərliklərdə hansı dildə olur-olsun, hər kəsin ürəyindən olan klassik musiqilər, estrada nümunələri səsləndirmək olmazmı? Ümumiyyətlə, çimərliklərdə bu cür hoqqabazlıq lazımdırmı? Camaat şəhərin səs-küyündən, əsəbilikdən, problemlərdən qaçıb bir neçə saatlıq dincəlmək istəyirsə, o arzunun içinə acı soğan doğrayıb, üstünə də qara qətran əlavə etmək nə dərəcədə doğrudur, ədalətli və qanunidir?

Beynimizdə bu sualları dolaşdıra-dolaşdıra çimərliyi tərk edirdik ki, qarasaqqal cavanlardan biri bizə yaxınlaşdı:

-Ağsaqqal, siz nöşün tans eləmədiniz, xoşuvuza gəlmədi? 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rusiyanın ən varlı varisi” azərbaycanlıdır - REYTİNQ 21 Avqust 2019, 09:41 Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilir 21 Avqust 2019, 09:39 Ermənistan atəşkəsi 23 dəfə pozdu 21 Avqust 2019, 09:30 Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid 21 Avqust 2019, 09:20 Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28 Çempionlar Liqasında pley-off: 3 oyun keçirildi, bu gün daha 3-ü olacaq - TƏQVİM 21 Avqust 2019, 08:19 Manat bu gün hansı məzənnə ilə satılacaq... 21 Avqust 2019, 08:08 Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə ÇAĞIRIŞ:Dəfnə gəlməyin! 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10