Modern.az

Məşhur müğənninin qatilləri 17 il sonra TAPILDI

Məşhur müğənninin qatilləri 17 il sonra TAPILDI

7 Avqust 2019, 17:14

Rusiya hüquq-müharizə orqanları məşhur müğənni Mixail Kruqun qatilini 17 il sonra saxlayıblar.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxs “Volkov” qruplaşmasının killeri Aleksandr Aqeevdir.

 

Başqa cinayıətlərə görə hazırda həbsə olan Aqeev istintaq tədbirləri üçün müğənninin Tverdəki evinə gətirilib. İstintaq məşhur müğənnini qətlinin birbaşa icraçısının Dmitri Veselov olduğunu, Aqeevin isə bu işdə ona kömək etdiyi hesab edir. Dmitri Veselov 2003-vü ildə kriminal müharibələr zamanı öldürülüb.

 

Xatırladaq ki, Mixail Kruq 2002-ci il iyulun 1-də Tverin Mamulino qəsəbəsində şəxsi evində öldürülmüşdü. O daha çox şanson ifaçısı kimi tanınıb və “Vladimirski tsentral” (Владимирский централ) mahnısı ilə böyük populyarlıq qazanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir