Arxiv
13 Avqust 2019, 10:35 | HADİSƏ
Nüfuzlu azərbaycanlı həkim qəzada həlak oldu

Rusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Komsomolskaya Pravda” nəşrinin məlumatına görə, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi “Folksvagen Polo” avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub.

İlkin məlumatlarda qəzanın avtomobilin təkərinin partlaması nəticəsində baş verdiyi bildirilsə də vilayət Daxili İşlər İdarəsindən dəqiqləşdiriblər ki, “Folksvagen” sürücüsü idarəetməni itirib və avtomobil qarşı hərəkət zolağına keçib. Hadisə zamanı Axundovun yanında onun oğlu da olub, amma heç bir xəsarət almayıb. Zərbə avtomobilin sürücü oturan hissəsinə dəyib və doktor Axundov başından ciddi xəsarət alıb.

Tengiz Axundov uzun illər Kalininqrad Mərkəzi Klinikasında işləyib. Onun ölümü haqda ilk məlumatı Kalininqradın Həkimlər Palatasının şurası yayıb. Həmkarları deyirlər ki, Axundov 30 ilə yaxındır Kalininqrad Mərkəzi Klinikasında işləyirdi və hamının hörmətini qazanmışdı. Onun böyük ailəsi olub, iki qızı məktəbi qızıl medalla bitirib.

Axundovun pasiyentləri də çoxsaylı internet forumlarda onun faciəli ölümündən kədərləndiklərini ifadə ediblər.

“Çox yaxşı həkim həlak oldu! Ötən cümə günü məni əməliyyat etmişdi. Bütün xəstəxana yasa batıb. Allah ona rəhmət eləsin”,-Viktoriya L. adlı pasiyent yazır.

 “Əla həkim idi, təcrübəli, savadlı, hərdən sərt olurdu, amma həkim kimi çox yaxşı idi. Çox sağ ol, Tengiz Hüseynoviç!”,-bu isə digər pasiyentin fikirləridir.

Kalininqrad vilayətinin Səhiyyə Nazirliyi də həkimin həlak olmasına görə onun ailə üzvlərinə başsağlığı verib. “Bizim hamımız üçün, tibb cameəsi üçün bu dəhşətli faciədir. Tengiz Hüseynoviç Kalininqrad Mərkəzi Klinikasının ən təcrübəli həkimlərindən biri idi, 30 ildir həkim-otorrinolarinqoloq işləyirdi. Çox savadlı və ixtisaslı həkim idi, şişirtmədən deyə bilərik ki, Allah tərəfindən göndərilmişdi. Gənclər onunla işləməyə can atırdı, pasiyentlər həmişə onun yüksək peşəkarlığını, həssaslığını və diqqətli olmasını qeyd edirdi”,-nazirlikdən deyiblər.

Qəzet yazır ki, Tengiz Axundovu vətənində dəfn edəcəklər. Bu gün avqustun 13-də onun  cənazəsi təyyarə ilə Azərbaycana yola salınacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 “Qarabağ” Avroliqada sonuncu oyununa çıxıb - YENİLƏNİR 12 Dekabr 2019, 22:00 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO 12 Dekabr 2019, 20:20 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01