Arxiv
14 Avqust 2019, 12:22 | HADİSƏ
Qüdrət Həsənquliyev ittiham etdi - Sərdar Cəlaloğlu sərt cavab verdi: “Elə bil Jirinovskidir” - QALMAQAL

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev ADP, AXCP, AMİP, Müsavat partiyaları haqqında kəskin ittiham irəli sürüb.

Belə ki, Q.Həsənquliyev Moderator.az-a açıqlamasında Qarabağ Komitəsinin yeni mitinqlər keçirmək istəyinə bu formada cavab verib:

 “Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər. Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan  doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilsin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa, onun ziyanı xeyirindən çox olacaq”.


Bəs adları çəkilən partiyalar Qüdrət Həsənquliyevin səsləndirdiyi ittihamlarla razıdırlarmı? Doğrudanmı, belə bir öhdəlik götürülüb?

Modern.az saytı məsələ ilə bağlı adları çəkilən partiyaların mövqeyini öyrənməyə çalışıb.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov
 həmin öhdəliyin sübuta yetirilməsini tələb edib:

“Bizim partiyanın adını çox hallandırırlar. Belə bir öhdəlik varsa, ortalığa qoysunlar. Boş söhbətlərdir”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
bu ittihamlara cavab olaraq Qüdrət Həsənquliyevi rus siyasətçi Jirinovski ilə müqayisə edib:

“Qüdrət Həsənquliyevin fikirləri Dağlıq Qarabağ problemi ilə bağlı verdiyim müsahibəyə bir növ cavabdır. Müsahibədə demişəm ki,  Rusiyanın Azərbaycanda nümayəndələri  var ki, Rusiyanın dili ilə danışırlar. Buna cavab olaraq Həsənquliyev belə cavab verib. Guya müharibə olsa,  Azərbaycan xalqının yarısı  satqın, xəyanətkar çıxacaq, döyüşməyəcək. Elə bil Qüdrət Həsənquliyev  Jirinovskidir. Sanki Azərbaycan Respublikası Milli Məclisinin deputatı yox, Rusiya Dumasının deputatıdır. Rusların maraqlarını ruslardan da çox müdafiə edir. Bu günə kimi bir rus siyasətçi deməyib ki, biz azərbaycanlıların boğazını üzərik. Bu da deyir ki, biz müharibə yolu ilə  Qarabağı azad etmək istəsək, Rusiya bizim boğazımızı üzəcək. Burada Həsənquliyevin mövqeyi aydındır, gizlətmir. Rusiya Xüsusi Kəşfiyyat Orqanlarının buradakı nümayəndəsidir. Vaxtilə Azərbaycan Xalq Hərəkatında “Yurd” təşkilatı  yaradılmışdı. Sonradan o “Yurd”çuların hamısının siyasi  gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev  isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin  formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev...
“Yurd”çular o zaman Azərbaycan Xalq Hərəkatına necə zərbə vurdularsa, indi də öz fəaliyyətlərini davam etdirirlər. Qüdrət Həsənquliyev də “Yurd”çuların ən qabaqda gedən nümayəndələrindən biridir”.


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri  Gülağa Aslanlı Qüdrət Həsənquliyevin ittihamına cavab verəcəyi vaxtı açıqlayıb:

“Qüdrət Həsənquliyev həmin sənədi ortaya qoysun və orada Müsavatın hər hansı öhdəlik götürdüyünü təsdiqləsin. Ondan sonra Həsənquliyevə cavab verərik.


AXCP-dən isə mövzu ilə bağlı səslənən ittihamlara hər hansı cavab ala bilmədik.

Deyilənlərlə bağlı Yeni Azərbaycan Partiyası, eləcə də, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyini öyrənməyə çalışdıq.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bu barədə danışmaq istəmədiyini bildirdi:

“O zamanlar adları çəkilən partiyalar müttəfiq idilər. Nə baş verdiyini özləri daha yaxşı bilir. Mən əlavə nəsə deyə bilmərəm”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədr müavini Elçin Əhmədovun sözlərinə görə, partiyaların mövqeyi münaqişənin həllinə heç zaman təsir göstərməyib:

“Dağlıq Qarabağ məsələsi  beynəlxalq problemə çevrilmiş məsələdir. Adları çəkilən partiyalara qarşı Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərə konkret sözüm yoxdur. Əgər bu məsələ təsdiqini taparsa, o zaman konkret mövqe sərgiləmək olar. Həmçinin,  partiyaların mövqeyi münaqişənin həllinə təsir göstərmir. Partiyaların mövqeyi  münaqişənin həllində nə 2000-ci illərdə, nə də bu gün rol oynayıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatın oğluna həbs cəzası kəsildi? – Köməkçisi AÇIQLAMA VERDİ 19 Avqust 2019, 16:50 Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı 19 Avqust 2019, 16:42 BDU-da yeni tələbələrdən sənəd qəbulu davam edir 19 Avqust 2019, 16:18 Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü 19 Avqust 2019, 16:12 “Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...” 19 Avqust 2019, 15:47 Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA 19 Avqust 2019, 15:17 Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI 19 Avqust 2019, 15:10 Bu rayonlara qaz verilişində problem yaranacaq 19 Avqust 2019, 15:06 İcra başçısı vətəndaşların müraciətlərinə reaksiya verdi 19 Avqust 2019, 14:52 İrəvan xanları nəslinin nümayəndəsi Azərbaycana gəldi 19 Avqust 2019, 14:47 Balaxanı Mədəniyyət evi konsert təşkil etdi - FOTOLAR 19 Avqust 2019, 14:43 Sabiq deputata ağır itki üz verdi 19 Avqust 2019, 14:36 “Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı 19 Avqust 2019, 14:27 Hamını yoxlayan Hesablama Palatasının özünü kim yoxlamalıdır?... 19 Avqust 2019, 14:12 Mədə-bağırsağındakı ağrılardan əsəbləşib polisə yalan xəbər verdi 19 Avqust 2019, 14:03 Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ 19 Avqust 2019, 13:42 Türkiyədə təhsil alacaq jurnalist qızı: “Çalışacam ki, valideynlərimin ümidini doğruldam” - MÜSAHİBƏ 19 Avqust 2019, 13:10 Sabah Bakıda temperatur daha da YÜKSƏLƏCƏK 19 Avqust 2019, 13:08 Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: “Partiyanı uçuruma apardı” 19 Avqust 2019, 12:55 DİQQƏT! Sabah Bakının bu küçələrində yol bağlanacaq 19 Avqust 2019, 12:41 “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb 19 Avqust 2019, 12:40 Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA 19 Avqust 2019, 12:36 İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək 19 Avqust 2019, 12:33 Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO 19 Avqust 2019, 12:12 Nazir və nazir müavinləri Cənub bölgəsinə gedirlər 19 Avqust 2019, 12:08 AQTA maarifləndirir: Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? 19 Avqust 2019, 12:06 Direktor müavini işləmək istəyənlər üçün vakansiya seçimi başladı 19 Avqust 2019, 12:03 Azərbaycanda 250 ailə üçün meyvə bağları salınır 19 Avqust 2019, 11:46 Vəzifəli şəxs 3000 manat cərimələndi 19 Avqust 2019, 11:44 Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41