Modern.az

Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı

Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı

16 Avqust 2019, 22:59

Bakıda bir neçə gün əvvəl keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra bıçaqlayan 1977-ci il təvəllüdlü Fədai Atakişiyev saxlanılıb.

Modern.az  xəbər verir ki,  Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, F.Atakişiyev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsinin tələbi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurmuş, daha sonra avtomobilindən düşərək R.Atakişiyevaya və onun anası Narın Ağayevaya bıçaqla xəsarət yetirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir