Arxiv
17 Avqust 2019, 08:58 | PARLAMENT
Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ

1992-ci il martın 24-də ATƏM-in (indiki ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yaradılıb. Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Ona görə, Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

 

Bəs maraqlıdır, son zamanlar bu icmanın fəaliyyəti hansı səviyyədədir?

Ünvanbladığımız sual haqqında Modern.az-a Milli Məclisin üzvləri danışıblar.


Deputat Rasim Musabəyov icmanın fəaliyyətinin xarici ölkələrdə vüsət almasının tərəfdarıdır:

“Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə professional diplomat gətirildi. Azərbaycanın daxilində icmanın fəaliyyəti aktiv olmasa belə, hər birimiz Qarabağ problemi ilə yaşayırıq, torpaqlarımızın işğaldan azad edilməsini arzulayırıq. Vacibdir ki, Qarabağın azərbaycanlı icmasının səsini dünya eşitsin. Bu baxımdan, rəhbərliyə gələn gənc diplomatın fəaliyyətini artırdığını düşünürəm. Sonuncu olaraq, Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatları, çıxışları ilə bağlı Qarabağ icmasının da müəyyən müraciətləri səsləndirildi. Ola bilər, xariclə bağlı da başqa fəaliyyətiləri olsun”.

Milli Məclisin digər üzvü Çingiz Qənizadə isə icmanın fəaliyyətini qənaətbəxş hesab etmir:

“Qarabağın azərbaycanlı icmasının aktiv fəaliyyətini hələ ki, hiss etmirəm. Aradabir icma sədrinin  bir neçə cümləlik bəyanat verməsi ilə məsələ bitmir. Aktiv fəaliyyəti, xaricdəki əlaqələrin işə salınması, aksiyaların keçirilməsi, beynəlxalq təşkilatlara müraciətlər və s. görə bilmirəm. Ermənistan tərəfinin hansısa yaramaz hərəkətinə qarşı bəyanat verməklə icmanın fəaliyyətini məhdudlaşdırmaq olmaz. İcmadakı əməkdaşların əksəriyyəti bizim dostlarımızdır. Amma Qarabağı hamımız hər şeydən çox istəyirik. Ona görə, aktiv əməli fəaliyyət göstərib, Ermənistan tərəfinin cavabını vermək vacibdir. 1-2 cümləlik bəyanatlar şəxsən məni qane etmir”.

Deputat Aqil Abbas isə Dağlıq Qarabağın azərbaycanlı icmasına dəstək göstərilməsini vacib hesab edir:

“İcmanın rəhbərliyinə cavan, savadlı kadr gətirildi. O, çalışır. Biz də icmaya dəstək verməliyik. Amma təəssüf ki, hamımız dəstəkləmirik. Qarabağın azərbaycanlı icmasının diaspor kimi xaricdə nümayəndəlikləri olmalıdır. Hətta mən deyərdim ki, Dağlıq Qarabağı tanıtmaq üçün azərbaycanlı icmasının az qala hər ölkədə bir “səfirliyi” açılmalıdır. Xüsusilə, böyük ölkələrdə, Amerika, Fransa, Rusiya, Böyük Britaniya və s. dövlətlərdə Qarabağı bu qurum vasitəsilə tanıtmaq lazımdır”.

Təklifin maliyyə təminatına gəlincə, A. Abbas hesab edir ki, buna yetəcək maddi imkanımız var:

“Niyə iş adamları bu cür təşəbbüslərə kömək etmək istəmirlər? Azərbaycanda bu qədər şirkətlər var, onlar qazandıqlarının 1 faizini Qarabağ icmasına versələr, o pulla ordu da yaratmaq olar”.

Qeyd edək ki, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Hazırda Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyevdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45