Arxiv
17 Avqust 2019, 15:23 | AKTUAL
Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Virtualaz.org-un xəbərinə görə, qətl hadisəsi ötən il noyabrın 7-də Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. E. Abdullayev onun evli və iki uşaq anası olan bacısını yoldan çıxarıb qaçıran, daha sonra Qəbələyə geri yola salan Murad Quliyevi qətlə yetirib, özünün dediyi kimi ailələrinin “namusunu təmizləyib”.

Bu qanlı drama aparıb çıxaran hadisələr isə 10 il əvvəl-E.Abdullayevin bacısının ailə qurduğu gündən başlayıb.

Təranə gəlin köçdüyü, qədəm basdığı ocaqda ilk gündən pis rəftara, tənələrə, təzyiqlərə məruz qalıb. Buna səbəb toy gününün səhərisi baldızının qəfil ölümü və ömür boyu “uğursuz, qaradaban” adı altında aşağılanması  olub. Dəfələrlə boşanmaq istəyib, yaxınları imkan verməyib, el qınağına görə geri çəkilmək məcburiyyətində qalıb.

...On il bu cür yaşayıb. Bu illər ərzində iki övladı dünyaya gəlib. Günlərin birində sosial şəbəkədə tanış olduğu şəxsə özü barədə danışıb, yenidən ailə quracağını düşünüb, qadın kimi xoşbəxt olacağına ümid edib. Lakin bu dəfə də bəxti gətirməyib. İkinci cəhd birincidən də uğursuz alınıb. Onun ərini və iki uşağını atıb qaçdığı adam narkoman çıxıb, qadını da narkotikə qurşadıb, pis rəftara məruz qoyub və nəhayət Qəbələyə geri göndərib.

 

Qadının hərəkəti qardaşını başıaşağı edib

İttihama görə, bacısı Təranənin evli olmasına baxmayaraq ailəsini tərk edib Murad Quliyevə qoşulub qaçması, Bakıda kirayədə yaşaması, müəyyən müddətdən sonra isə sonuncunun onu rayona gətirib ailə üzvlərinə təhvil verməsi Elnur Abdullayevin heysiyyatına toxunub. O, qohum-əqrəba arasında rüsvay olduğuna görə Murad Quliyevdən qisas almaq qərarına gəlib. Bu məqsədlə də Muradı öldürmək üçün Qəbələdən Bakıya üz tutub. Muradın Zabrat qəsəbəsində yerləşən “moyka” da işlədiyini öyrənib. M.Quliyevin iş yerinə gələrək ona bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Törətdiyi cinayət əməlinə görə, E.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Elnur Abdullayev ifadəsində bacısı Təranənin 2008-ci ildə həmyerlisi Şahid Muradovla ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu  göstərib.

 

Ər evinə bədbəxtçilik gətirən gəlin

E.Abdullayevin ifadəsinə görə, Təranə gəlin köçən günün səhəri ərinin bacısı rəhmətə gedib. İlk gündən Təranəyə qarşı münasibət yaxşı olmayıb. Ailə üzvləri onu “qaradaban” adlandırıblar, özüylə bədbəxtçilik gətirməkdə ittiham ediblər. Evliliyin ilk günündən başlayan problemlər on ilə yaxın davam edib. Bu illər ərzində Təranə dəfələrlə boşanmaq istəyib, lakin yaxınları kəndin adət-ənənələrinə görə onun boşanmasına icazə verməyiblər, hər şeyə dözməsini məsləhət görüblər.

Nəhayət, günlərin birində hər şeyə dözən qadın iki uşağını da ataraq ər evini biryolluq tərk edib. Əri də, qohumları da onu axtarmağa başlayıblar. Təranəni gördüm deyən, olmayıb. Ailə üzvləri qadının itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir neçə gündən sonra Təranə anası ilə telefon əlaqəsi saxlayıb, ona öz istəyi ilə internetdə tanış olduğu oğlanla qaçdığını deyib, axtarmamalarını xahiş edib.

Bacısının sözlərindən əsəbləşən Elnur anasına bir daha onunla əlaqə saxlamamağı tapşırıb: “Telefonu yerə vurub sındırdım. Anama da dedim ki, daha onunla danışmasın”.

 

“Onu öldürmək qərarına gəlmişdim”

Boşanmaq üçün məhkəməyə müraciət edən Təranə ötən ilin oktyabrında Muradla birgə Qəbələyə gəlsə də məhkəməyə gecikdiyindən prosesdə iştirak edə bilməyib: “Söhbət zamanı bacım dedi ki, Murad onu hədələdiyi üçün qoşulub qaçıb. Onunla pis rəftar edib, müntəzəm olaraq narkotik maddələr qəbul etdirib. Həm Təranəyə, həm də yaxın qohumlarına xəsarət yetirəcəyi ilə hədə-qorxu gəlib. Bütün bunları eşitdikdən sonra Muradı öldürmək qərarına gəldim. Evdə heç kimə bir söz demədim. Bakıya polisə şikayət etmək məqsədilə getdiyimi bildirdim. Yoxsa anamla qardaşım getməyə imkan verməyəcəkdilər”.

E.Abdullayev Muradın işlədiyi “moyka”nın dəqiq yerini bilmədiyindən üç gün Sabunçu rayonunda yerləşən avtoyuma məntəqələrini gəzib, həmin müddətdə küçələrdə gecələyib. Nəhayət, Muradın iş yerini müəyyənləşdirib. Yaxınlıqdakı dönərxanadan bıçaq oğurlayan Elnur birbaş “moyka”ya yollanıb: “Ailəmin qeyrətini təmizləmək üçün Muradı öldürəcəyimə öz-özümə söz vermişdim. Bıçağı kəmərimin altında gizlədib onun iş yerinə gəldim. Murad məni görən kimi ayağa qalxıb görüşmək istədi, əl uzatdı. Ona “sən adam fırladan olmusan?” dedim və bıçaqla sinəsinə, boynuna  zərbələr endirdim. Zərbələrin təsirindən üzü üstə yerə yıxıldı. Daha bir neçə zərbə vurdum ki, ölsün”.

 

Muradın öldüyünə əmin olduqdan sonra Elnur rayona qayıdıb. Əynindəki qanlı paltarları çıxarıb həyətə atıb. Anası ilə qardaşına Muradı öldürdüyünü deyib və birbaş Qəbələ rayon polis bölməsinə gələrək təslim olub.

 

“Qardaşım Təranəni rayona aparıb ailə üzvlərinə təhvil verdiyini dedi...”

Öldürülən şəxsin hüquqi varisi Sevda Quluzadə qardaşının “sakit, mehriban insan olduğunu” deyib: “Sentyabrda Muradla telefonla danışanda Təranə adlı qızla tanış olduğunu, bir yerdə yaşadıqlarını söylədi. Dedim ki, götür Təranəni də, gəlin bizdə yaşayın. Razılaşmadı, kirayə ev tutduğunu dedi. Təranənin rəsmi evli olmağını və uşaqlarının olduğunu bilmirdim. Sonradan Murad özü zəng vurdu, maddi imkanı çətin olduğundan yanıma köçmək istədiyini dedi. Təranəni də götürüb bizə gəldi. Onların münasibəti çox yaxşı idi, mehriban yola gedirdilər, mübahisə etmirdilər. Təranə özü də gülərüz idi. Bizdə qalanda öyrəndim ki, ailəlidir, iki övladı var. Rəsmi boşanacağını dedi. Bir həftə sonra yenidən kirayə ev tutub köçdülər. Noyabrın əvvəlində Murad mənə Təranəni rayona aparıb ailə üzvlərinə təhvil verdiyinin dedi”.

 

Zərərçəkmiş qardaşının qətlə yetirilməsi xəbərini digər bacısından eşitdiyini məhkəmənin diqqətinə çatdırıb.

 

“Deyirdilər ki, artıq uşaqların böyüyüb, birtəhər döz”

Şahid qismində dindirilən Təranə Muradova ifadəsində ərinin onunla pis rəftar etdiyini, uşaqlarına diqqət, qayğı göstərmədiyini, lazımi tərbiyə vermədiyini, onlara baxmadığını, maaşının çox hissəsini evə gətirmədiyini, kənarda xərclədiyini, bu səbəbdən də aralarında mütəmadi olaraq mübahisələr yarandığını göstərib: “Dəfələrlə ayrılmaq istəsəm də, ailəm boşanmama razı olmurdu. Deyirdilər ki, artıq uşaqların böyüyüb, birtəhər döz”.

Muradla 2018-cilin avqustunda sosial şəbəkədə tanış olduğunu deyən Təranə bir qadın kimi xoşbəxt həyat yaşamaq arzusunda olduğunu da gizlətməyib: “Ciddi münasibət qurub xoşbəxt yaşamaq istəmişəm. Muradla sonradan “WhatsApp” yazışdıq. Ona evli, iki uşaq anası olduğumu dedim. O da cavabında “bu bizim tanışlığımıza mane olmayacaq” dedi. Hər dəfə məni qaçıracağını dedikdə elə bilirdim zarafat eləyir. Ötən ilin avqustunda zəng vurub Qəbələdə olduğunu dedi. Son anadək ona inanmırdım. Həmin gün anamgilə gedərkən yanımda qara maşın saxladı. Murad məni maşına dəvət etdi. Maşında Muradın bacısı Leyla və yeznəsi Ayaz da vardı. Onlarla birgə Bakıya gəldim. Bir həftə Leylagildə qaldıq, sonra kirayə köçdük”.

 

“Mənə güclə narkotik qəbul etdirirdi”

T.Muradova Bakıda olarkən ərinin onun itkin düşməsi barədə polisə ərizə ilə müraciət etdiyini öyrənib. Bu üzdən Muradla Qəbələyə gələrək polis şöbəsində izahat verib.

 “İlk günlər mehriban dolanırdıq. Sonradan Muradın mənə qarşı münasibəti dəyişdi. Tez-tez narkotik vasitələrdən istifadə edir, məni də məcbur edirdi ki, onunla birgə narkotik qəbul edim. Ailə üzvlərimlə əlaqə saxlamağa icazə vermirdi, mənasız yerə mübahisələr yaradırdı. Ona görə də rayonda, məhkəmənin qarşısında qardaşlarıma, xalama hər şeyi açıb olduğu kimi danışdım”,-o ifadəsində deyib.

 

Məhkəmənin hökmü ilə Elnur Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07