Modern.az

Hollandiya şahzadəsi vəfat etdi

Hollandiya şahzadəsi vəfat etdi

17 Avqust 2019, 16:06

72 yaşı Hollandiya şahzadəsi Kristina bu gün səhər saatlarında həyatını itirib.

 

Modern.az  xarici  KİV-ə istinadən xəbər verir ki, ölüm haqda xəbəri Hollandiya kral ailəsi öz instaqram səhifəsində şahzadənin şəklini paylaşmaqla insanlara bildirib. Kral ailəsi bu itkidən çox sarsıldıqlarını şahzadə haqqında xoş xatirələri dilə gətirməklə qeyd edib.

Şahzadə Kristina uzun müddət idi ki, sümük  xərçəngindən əziyyət çəkirdi. 1947-ci ildə dünyaya gələn Kristina,  kraliça Culiana və kral Bernhardın kiçik qızıdır. 1975-ci ildə  Corc Quillermo ilə evlənən şahzadənin bu evlilikdən iki oğul və bir qız övladı dünyaya gəlib.

 

Qeyd edək ki, Hollandiya, Kanada və İtaliya  kimi bir neçə ölkədə yaşayan şahzadə   xalq arasından olan biri ilə evləndiyi üçün taxt-tac varisliyindən də imtina etmişdi.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir