Modern.az

İstanbul su altında: sel suları can aldı - VİDEO

İstanbul su altında: sel suları can aldı - VİDEO

17 Avqust 2019, 20:01

Bu gün Türkiyənin bir çox yerlərinə leysan yağıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, güclü yağış daha çox İstanbulda müşahidə edilib. İstanbulun Fatih və Eminönü rayonlarında bir kvadrat metrə düşən 113 kiloqramdan çox yağıntı sel fəlakətinə səbəb olub.

Fatihdəki Unkapanı körpüsünün altında toplanan sel sularında bir nəfər boğularaq ölüb.

Eminönüdə isə Qapalı çarşı və Altkeçid ticarət obyektlərini su basıb.

Üsküdarda sel suları yolun  çökməsinə səbəb olub. 

Hava şəraiti səbəbindən bəzi ərazilərdə tramvay səfərləri və dəniz səyahətləri təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir