Arxiv
18 Avqust 2019, 00:11 | AKTUAL
“6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR

Tanınmış vəkil Adil İsmayılov Xırdalan Pivə zavodunun direktorunun ölüm işi ilə bağlı maraqlı məlumatlar açıqlayıb.

Modern.az xəbər verir ki, vəkil yazısında həmin dövrdə respublika prokuroru olan  İlyas İsmayılovun çinayətkarlarla görüşü baradə maraq  fakt açıqlayıb:

Yadınızdadırsa hadisə 1989-cu ildə olmuşdu. Həmin cinayət işi başlandıqdan bir həftə sonra hadisəni törədən şəxləri müəyyən edə bildik və 7 nəfəri həbs etdik.
İstintaqın gedişində bu şəxslərin 1976-cı ildən başlayaraq 13 il ərzində çoxsayli xüsusi ilə ağır cinayətlər törətdiyi məlum oldu. Birinci ay ərzində onların 4 ölüm, bir ölümə qəsd, onlarla quldurluq və soyğunçuluq törətdiklərini sübuta yetirə bildik. Adamlar onları o vaxtkı Cinayət Məcəlləsində olan ən ağır –ölüm cəzası gözlədiyini başa düşürdülər. Təqsirləndirilən şəxslərlə aramızda maraqlı bağlantı yaranmışdı. Adamlar türklər demiş günah çıxartmaq (ispoved) istəyirdilər, sözün azərbaycancasını tapa bilmirəm. Demək olar ki, hər gün yeni cinayət barəsində danışırdılar.


Belə günlərin birində o vaxtkı respublika prokuroru İlyas İsmayılov Xırdalana gəldi və təqsirləndirilən şəxslərlə, xüsusən də dəstənin başçısı ilə görüşüb söhbət etmək istədiyini dedi. Təbii ki, onun üçün bu şərait yaradıldı. İsmayılov dəstə başçısı Babayevi polis (o vaxt milis idi, bunu hər dəfə ona görə yazıram ki, bəziləri mənim yazdıqlarımda səhv axtarmaqla məşğuldu) rəisinin kabinetində mənim iştirakımla qəbul etdi. Babayev etdiyi cinayətləri etiraf etdiyini, çox peşiman olduğunu, ona şans verilməsini xahiş etdi. Və qəfildən dedi ki, etdiyi hərəkətlərə görə vicdan əzabı çəkir və törətdikləri bir cinayət onu xüsusi ilə üzür. Daha sonra Babayev həmin günə kimi bizə məlum olmayan bir cinayət barəsində danışdı. Məlum oldu ki, onlar Rusiyanın Voronej şəhərinə gedib orda bir AZƏRBAYCANLINI qətlə yetiriblər. Yadıma gəlir ki, qətlə yetirilənin adı Adəm idi, özü də Masallı rayonundan idi. İlyas müəllim elə həmin gün Rusiya Federasiyasının Prokuroru ilə danışdı və öyrəndi ki, Voronej prokurorluğunda həqiqətən belə bir açılmamış ölüm işi var. Sonralar həmin işi bizim müstəntiqlərdən biri Sergey Çumakov Voronejə gedib gətirdi və həmin epizod üzrə də təqsirləndirilənlərə ittiham verildi.


İlyas müəllimin bu söhbətindən bir neçə gün sonra onun 1-ci müavini rəhmətlik Murad Babayev Xırdalana gəldi. Murad müəllim istintaqa nəzarət edirdi. O da təqsirləndirilən şəxslərlə görüşmək istədi və birinci dəstə başçısını qəbul etdi. Murad müəllimin birinci sözü bu oldu ki, əmioğlu eşitmişəm hamıya etdiyiniz cinayətlərdən danışırsınız. Bəlkə birini də mənə danışasınız. Təqsirləndirilən şəxs dedi ki, bir cinayətimiz qalıb danışmadığımız, onu da Sizə danışıb rahat olmaq istəyirəm. Bunu deyəndən sonra təqsirləndirilən şəxs Babayev prokuror Babayevə Gürcüstanın Laqodexi rayonunda da adam öldürdüklərini danışdı. Bir neçə gün sonra Gürcüstan prokurorluğunun işçiləri həmin cinayət işini gətirdilər və beləcə təqsirləndirilən şəxslərə həmin epizod üzrə də ittiham verdik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49