Modern.az

Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB

Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB

18 Avqust 2019, 10:55

Fövqəladə Hallar Nazirliyi Şəmkirdə yaşayış evində yanğın barədə məlumat yayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, Şəmkir rayonunun Sarıtəpə kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Şəmkirdə yaşayış evində yanğın baş verib.

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Ümumi sahəsi 30 kvadratmetr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.

Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu yanaraq ölüb. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış.

Faktla bağlı araşdırma aparılır.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu