Modern.az

Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR

Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR

Aktual

19 Avqust 2019, 20:03

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş “Şollerin arxivi” bədii filmi daha bir beynəlxaql uğura imza atıb. Belə ki, “2019 PRADİS AKADEMY” mükafatını təqdim edən Mərkəzi Florida Texnologiya İnstitutunun (CFIT) keçirdiyi “Prince of Prestige Academy Awards” festifalına qatılan minlərlə bədii film arasından 12 ekran əsəri seçilib ki, onlardan da biri “Şollerin arxivi”dir.

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.


Onun sözlərinə görə, “Şollerin arxivi” bədii filmi 14 oktiyabr 2019-cu il tarixində digər ölkələrin filmləri ilə mübarizə apacaq.  “Ən yaxşı bədii film” kateqoriyası üzrə qızıl mükafat uğurunda yarışacaq “Şollerin arxivi” bədii filmi olkəmizi bu festifalda təmsil edəcək.

“Bu, mənim üçün çox sevindirici bir hadisədir. Onu da qeyd edim ki, bizim “SSP Production”un istehsal etdiyi “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi də “Prince of Prestige Academy Awards” festivalına secilib. Bu filmimiz də həmin beynəlxalq festivalda mükafat uğrunda yarışacaq”.

Xatırladaq ki, “Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

“Prince of Prestige Academy Awards” festivalına seçilən filmlərin siyahısı ilə aşağıdakı keçiddən baxmaq olar:
//popfilmaward.com/2019-official-selection/  

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır