Arxiv
20 Avqust 2019, 19:25 | AKTUAL
“Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir

“Seçki proseslərinə müdaxilə edilməsi yolu ilə dövlətlərin daxili işlərinə qarışmaq taktikası son dövrlərdə geniş istifadə edilməyə başlayıb. Bu barədə səs-küylü araşdırmalar, yəqin ki, müasir siyasi texnologiyaların istifadəsinin milli dövlətlərin suverenliyi üçün təhlükəli həddə çatmasından xəbər verir".

 

Modern.az-ın məlumatına görə, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində paylaşıb.

Ə.Əhmədov qeyd edib ki, indi seçki prosesinə xarici müdaxilə təhlükəsindən ABŞ-da, Avropada, Rusiyada ciddi xəbərdarlıqlar edilir, necə deyərlər, həyacan təbili çalınır:

"Müxalifəti dəstəkləmək, ona təlimlər keçməkdən tutmuş maliyyələşdirməyə qədər çox müxtəlif formalarda seçki prosesinə kobud şəkildə müdaxilə edilməsi halları uzun tarixə malikdir və təəssüflə qeyd olunmalıdır ki, biz dəfələrlə Azərbaycanda onun şahidi olmuşuq, etirazımızı bildirmişik. Müxalifətin keçirdiyi mitinqləri bir çox xarici ölkə səfirlərinin diqqətlə izləməsi, bu aksiyalar barədə əvvəlcədən müfəssəl məlumatlara malik olmaları, hətta digər ölkələrdən xüsusi missiyalı şəxslərin mitinq yerlərində peyda olması dəfələrlə rast gəldiyimiz hallardır. Bu az imiş kimi müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Mətbuatda siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacir etməsi faktları dəfələrlə araşdırma predmeti olmuşdur. Mən bunu bəzi müxalifət partiyası rəhbərlərinin bu işdə də saxtakarlığını ifşa etmək məqsədilə demirəm, sadəcə prosesin nə qədər geniş və iyrənc formalar kəsb etdiyini diqqətə çatdırmaq istəyirəm”.

 

Ə.Əhmədov bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir.

 

“Buna görə mən Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyirəm. İnanıram ki, milli mənafeləri hər şeydən üstün tutan partiyalar siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verəcək, maraqlı xarici qüvvələr tərəfindən sirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək.

 

Azərbaycan müstəqillik illərində möhtəşəm inkişaf yolu keçib, güclənib, qüdrətlənib, müasirləşib, dünyada parlaq gələcəyi olan ölkə kimi tanınıb. İnsanlar əmin-amanlıq şəraitində yaşayır, özünün, ailəsinin, övladlarının gələcəyindən nigaran deyil, ən başlıcası isə həyatından məmnundurlar. Hansısa şübhəli maraqlar naminə bu gözəl ölkənin firəvanlığına, gələcəyinə, insanlarına problem yaratmağa, xalqın suverenliyini qurban verməyə hazır olanlar xalqın və onun fəal siyasi hissəsi olan milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Paşinyan demək istəyir ki, Qarabağ ətrafındakı rayonları boşaltmayacaqlar” - EKSPERT 21 Fevral 2020, 11:05 Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi 21 Fevral 2020, 11:02 Koronavirusun tuğyan etdiyi Çindən Azərbaycana işləməyə gələnlər... - STATİSTİKA 21 Fevral 2020, 10:58 Bakıda aksizsiz alkoqol və tütün məmulatları AŞKARLANDI 21 Fevral 2020, 10:54 Ərdoğanın Bakıya səfərinin tarixi AÇIQLANDI 21 Fevral 2020, 10:48 Jalə Əliyeva aksiyaçıları təmkinli olmağa ÇAĞIRDI 21 Fevral 2020, 10:42 Bakıda yeni tunel çəkiləcək 21 Fevral 2020, 10:36 Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən ÇIXARDI 21 Fevral 2020, 10:30 Kolleclərə tələbə qəbulu BAŞLADI 21 Fevral 2020, 10:25 Koronavirus əlehinə peyvənd test olunamağa başlayır 21 Fevral 2020, 10:19 DTX Neftçala Mərkəzi Rayon  Xəstəxanasının baş həkimini saxladı - FOTO 21 Fevral 2020, 10:14 Nazirlik Xəzəri ən çox çirkləndirən rayonun adını AÇIQLADI 21 Fevral 2020, 10:08 Ağdaşda heroin satan şəxslər tutuldu 21 Fevral 2020, 10:02 Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR 21 Fevral 2020, 09:58 Ağdamda itkin düşən qadın tapıldı 21 Fevral 2020, 09:52 Qonaq gedən qadın və kişi hamamda çimərkən öldülər 21 Fevral 2020, 09:46 Bakıda itkin düşmüş 5 nəfər tapıldı - RƏSMİ 21 Fevral 2020, 09:40 Koronavirusa görə yoxlanılan tələbələrin analizlərinin cavabı mənfidir - RƏSMİ 21 Fevral 2020, 09:34 Toyunu təxirə salan gənc həkimin ölümü çinlilərin kədərinə səbəb oldu 21 Fevral 2020, 09:28 Ağdaşda heroin alverçisi saxlanıldı 21 Fevral 2020, 09:22 Erməni snayperləri mövqelərimizi atəşə tutdu 21 Fevral 2020, 09:15 İlham Əliyevin şərəfinə Romada ziyafət verildi - FOTO 21 Fevral 2020, 09:09 İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb 21 Fevral 2020, 09:04 Neftdən bal da hazırlanırmış - Azərbaycan neftinin sirrləri 21 Fevral 2020, 08:59 Çində koronavirusdan ölənlərin sayı daha da artdı 21 Fevral 2020, 08:54 UEFA Avropa Liqası: “Sevilya”, “Ayaks”, “Porto” məğlub oldular 21 Fevral 2020, 08:49 Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47