Arxiv
21 Avqust 2019, 15:34 | AKTUAL
Sərbəstlikdən ... özbaşınalığa

Mülatif Adurov
Prezidentin fərdi təqaüdçüsü


İsti yay günlərində televiziya tamaşaçılarına əsil sürpriz təqdim edən şirkətlərdən biri də, etiraf edək ki, “Xəzər” telekanalı oldu. AzTV istisna olmaqla (onun təqdirəlayiq öz dəst-xətti, nüfuzu, çox-çox üstünlükləri var, ona çatan olmaz. Bu başqa mövzudur) bir şirkət də var ki, qızmar günlərdə öz pərəstişkarlarını gözünü yolda qoymadı, bəzi verilişlər, öz dilləri ilə desək, tətilə çıxdılar. Amma “Xəzər”in “5-də 5”i öz çəkilişlərini bəzi iqlim çətinliklərinə baxmayaraq (külək, yağış) təbiətin qoynuna çıxardı. Bakıdan, Bodrumdan, Antalyadan açıq havada maraqlı verilişlər təqdim etdi. Adamın Allahı olar, bu şox təqdirəlayiqdir, lazımınca  qiymətləndirilməlidir. Buna görə verilişin çəkiliş qrupu alqışlanmalıdır. “Tətilə çıxan” aparıcıları da qınamaq düzgün deyildir, hərəsinin başı bir qalmaqala qarışıb. Kimi məhkəmədə davadadır, sələmlərini geri qaytarmaq istəyir, bəzisi boşluqdan istifadə edərək toylarda tərləyir və s.


Dediyimiz kimi, hava şəraitinin əlverişsizliyinə baxmayaraq “müğənnicik”lər də, ağsaqqal-ağbirçək qocalar da verilişdə həvəslə iştirak edirdilər. Onların güya dəvət edildiyi deyilsə də, nə qədər pul ödədikləri baxışlarından bəlli olur. Bu öz yerində, özləri bilərlər...


Açıq havadakı çəkilişlər diqqəti çox cəhətdən cəlb edirdi. İntəhası elə kadrlar da vardı ki ... Məsələn, “Xəzər”in həyətində çəkilən verilişlərdə diqqəti çəkən binalardan birinin divarına vurulmuş nəhənq bir portret oldu. Bu kimin portreti olsa yaxşıdır? Verilişin aparıcısının.


Açığını deyək ki, marksizm-leninizm ideyalarının qızğın təbliğ edildiyi sovet dönəmində ən böyük portretlər Marksın, Engelsin portretləri olardı. Onlar da bu aparıcının nəhəng portreti yanında cılız görünərdi. Lenini deyə bilmərəm, onun sağ əlini yuxarı qaldıraraq proletariatı birləşməyə çağırması məqsədyönlü idi. Amma “5-də 5”in aparıcısının o boyda portretinin - əlləri qoynunda çəkilmiş şəklinin binanın fasadında görünməsinin nə məqsəd daşıdığını çox adam anlamır. Təsəvvür edin ki, həmin portretin hər iki tərəfində “Xəzər” rəhbərlərinin portretləri vurulsa necə qarşılanar. Bu damı “təvazökarlıq” sayılır?

Təhlükə burasındadır ki, bu gün portretlərin divarlara -vurulması bəzi aparıcılara elə qol-qanad verəcək ki, onların heykəlləri şəhərin küçə və meydanlarını bəzəyəcək. Buna əsla şübhə etməyin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çin vətəndaşlarının Rusiyaya girişi qadağan olundu 20 Fevral 2020, 08:37 Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək 20 Fevral 2020, 08:26 Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10