Modern.az

Deputat İsmayıllının dağ kəndlərinə seçicilərlə görüşdü

Deputat İsmayıllının dağ kəndlərinə seçicilərlə görüşdü

Aktual

23 Avqust 2019, 10:58

Novruz Aslanov avqustun 22-də İsmayıllı rayonunun dağlıq ərazisində yerləşən Yuxarı Cülyan, Müdrü və Müdürsə kəndlərində seçiciləri ilə görüşüb, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıb.

 

Modern.az xəbər verir ki, sakinlər əsasən qəzalı evlər və sosial yönümlü problemlər barədə millət vəkilinə müraciətlər ediblər. Bir neçə qəzalı evə millət vəkili özü baş çəkib. Bu problemlər barədə əlaqədar qurumlara məlumat veriləcəyini bildirən deputat, belə məsələlərin həllinin dövlətin daim diqqətində olduğunu bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır