Modern.az

Azərbaycanın hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib - VİDEO

Azərbaycanın hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib - VİDEO

Aktual

23 Avqust 2019, 12:47

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun birliklərinin hava hücumundan müdafiə vasitələri döyüş atışlarını yerinə yetirib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.

Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı