Modern.az

Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib

Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib

23 Avqust 2019, 17:34

Qəbələ rayonunda yanğın başlayıb.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir