Modern.az

“Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək

“Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək

23 Avqust 2019, 22:57

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Linfild” matçının hakimləri bəlli olub.

Modern.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı rusiyalı hakimlər idarə edəcək.

Sergey İvanov baş hakim, Roman Usaçov və Valeri Dançenko köməkçi hakimlər olacaq. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyunda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü