Modern.az

“Azəriqaz” istirahət günləri də çalışacaq

“Azəriqaz” istirahət günləri də çalışacaq

24 Avqust 2019, 10:51

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.

 

İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. 

Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi