Modern.az

Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova

Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova

25 Avqust 2019, 12:00

Avqustun 23 -ü tarıxə həm də Füzuli və Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günü kimi düşüb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova özünün "Facebook" səhifəsində yazıb:


"Dünən axşam Az tv-nin efirində bu rayonların tarixi kecmişi,faciəli taleyi və işgaldan azad olunmuş ərazilərinin bu günkü vəziyyətini əks etdirən sənədli film təqdim olundu.


Ssenari müəllifi peşəkar yazar, vətənpərvər ziyalı kimi uzun illərdən bəri tanıdığım və şəxsiyyətinə böyük hörmət bəslədiyim əməkdar jurnalist Firuzə xanım Nadir olan "Mütləq qayıdacağıq"adlı bu filmdə dağldılmış, yurdlarımız, tar-mar edilmiş şəhər və kəndlərimiz, bu yerləri məcburiyyət qarşısında tərk etmiş soydaşlarımızın 26 illik həsrəti ilə yanaşı azad edilmiş ərazilərdə görülən bərpa və quruculuq işlərindən bəhs edilir,hərbi sahədəki uğurlarımız real faktlarda öz əksini tapır. Qeyd etmək lazımdır ki, gənc nəslin, o cümlədən məcburi köckün ailələrində böyüyən oğul və qızlarımızın vətənpərvər ruhda tərbiyəsinə və yaddaşımıza yönəlik belə filmlərin cəkilməsi cox əhəmiyyətlidir. Bu tariximiz və gələcəyimuz baxımından da çox vacib olmaqla soydaşlarımızda öz dövlətinin gücünə inamını möhkəmləndirir. 


Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək "Horadiz şəhərinin, bu gün isə Cocuq-Mərcanlının timsalında biz dirçələn Azərbaycanı görürük".
Bu torpaqların halal sakinlərinin isə dağıdıcı ermənilər deyil, gürücü azərbaycanlılar olduğunu bu gün hər kəs görməkdədir.


Böyük Qayıdışımızın qaranquşları olan Horadiz və Cocuq-Mərcanlıda bu yurda qayıdan fədakar soydaşlarımızın əlləri ilə yaradılan "Cülüstan", aparılan guruculuq abadlıq işləri dövlətimizin gücünü,ordumuzun qətiyyətini, insanlarımızın əzmini və cəsarətini göstərir.


Pozitiv və nikbin ruhu ilə digər ərazilərimizin də düşmən tapdağından azad olunacağına əminlik təlqın edən belə bir filmin cəkilməsinə görə AzTv-nin rəhbərliyinə və filmin yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm.

 

Biz mütləq qayıdacağıq!!!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır