Modern.az

Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO

Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO

26 Avqust 2019, 10:30

“Dünən axşam saat 19:30 radələrində Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli “Daewoo” markalı avtomobil qarşımı kəsib. Sözügedən avtomobilin sürücüsünün hücumuna məruz qalmışam”.

Modern.az xəbər verir ki, bunu tanınmış jurnalist Zülfüqar Xeyirxəbər bildirib.

“Ciddi xəsarətlərim var. Hadisə barədə DİN-nin 102 qaynar xəttinə dərhal məlumat vermişəm. 3 saylı xəstəxanaya müraciət etmişəm.

İlkni tibbi yardım göstərildikdən sonra evə buraxılmışam”-deyən jurnalist bildirib.

Hadisənin səbəbi Zülfüqar Xeyirxəbər də  hələ ki qaranlıq qalır:

"Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı. Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü,. Qəfil zərbə endirdi. Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...